Siyasət

Fransada PKK nümayəndələrinin qəbulu Türkiyənin ciddi narazılığına səbəb oldu – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Ermənistandan Rusiyaya daha bir zərbə. Rəsmi Moskva İrəvanın bu addımına necə cavab verəcək? Fransada PKK nümayəndələrinin qəbul edilməsi Türkiyənin ciddi narazılığına səbəb oldu. Səfir Xarici İşlər Nazirliyinə çağırıldı. Daha bir tiktoker həbs edildi. Əmrah Məhərrəmov eyni əmələ görə ikinci dəfə saxlanıldı. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

Siyasət

Azərbaycan ordusu separatçıları qorxuya saldı – VİDEO

Qarabağda yaşayan ermənilər Bakıya çağırılıblar. Daha əvvəlki çağırış zamanı onların Bakıya gəlişinin qarşısı üçüncü güclər tərəfindən alınmışdı. Baku TV-də yayımlanan “Baku Analitik” verilişinin qonaqları hərbi ekspert Üzeyir Cəfərov və politoloq Yeganə Hacıyeva mövzu ilə bağlı müzakirələr aparıblar. Ətraflı verilişi təqdim edirik: Xeberal.az

Dünya

İsraildə ümummilli tətil başa çatdı

İsrailin “Histadrut” Ümumi Əmək Federasiyasının sədri Arnon Bar-David ölkədə bazar ertəsi başlayan tətilin başa çatdığını elan edib. Məlumata görə, qərar İsrailin baş naziri Benyamin Netanyahunun məhkəmə islahatının ən azı yaya qədər dayandıracağını bəyan etməsindən sonra qəbul edilib. Qeyd edək ki, həmkarlar ittifaqları ilə yanaşı ölkə müxalifəti də islahatların əleyhinə çıxıb. Mənbə: TASS Xeberal.az

Dünya

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib – YENİLƏNİB

İsrailin Azərbaycandakı səfirliyi işini qısa müddətə dayandırdıqdan sonra fəaliyyətini bərpa edib. Bu barədə “Report”a səfirlikdən məlumat verilib. “Tətil bitib və biz normal fəaliyyətə qayıtdıq”, – diplomatik nümayəndəlikdən bildiriblər. Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər. 20:56 İsrailin […]

Cəmiyyət

Zərdab sakini suya görə intihara cəhd etdi

Zərdabda 32 yaşlı kişi su probleminə görə intihara cəhd edib. APA xəbər verir ki, hadisə rayon su idarəsinin qarşısında qeydə alınıb. Rayonun Çallı kənd sakini Süleymanov Əkbər Sabir oğlu üzərinə benzin tökərək özünü yandırıb. O, ağır dərəcəli yanıq xəsarətləri ilə Bakıya çatdırılıb. Məluamata görə, Əkbər Süleymanov özünə məxsus pay torpağı səhəsində pambıq əksə də, bir müddətdir […]

Şou-Biznes

“Pop diva” villasını 75 milyona satır – FOTOLAR

Amerikalı "pop diva" Çer Malibu şəhərindəki malikanəsini 75 milyon dollara satışa çıxarıb. Lent.az xarici mediaya istinadən xəbər verir ki, Venesiya üslublu ev uçurumlu təpələrin üstündə yerləşir. Ətrafda xurma meşəsi və Sakit okeanın mənzərəsi görünür. Hündür divarların arxasında, iki hektara yaxın ərazidə nəhəng hovuz və tennis kortu var. 1200 kvadratmetr sahəsi olan üç mərtəbəli Renessans üslublu […]

Siyasət

Ceyhun Bayramov Karen Donfridlə Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edib

Martın 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub. Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə Azərbaycan-Ermənistan arasında sülh prosesini müzakirə edib. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı tərəflər iki ölkə […]

Şou-Biznes

Qayınanası Şakiraya görün, nələr edib? – FOTO

İspaniyalı futbolçu Jerar Pike ilə 12 illik münasibətinə son qoyan məşhur müğənni Şakira ilə bağlı yeni iddialar ortaya çıxıb. Lent.az xəbər verir ki, xarici mediaların yaydığı məlumatlara əsasən, ifaçının keçmiş qayınanası Montserrat Bernabeunun ona şillə vurduğu iddia olunur. Bundan başqa, M.Bernabeu öz evinə Pike ilə onun məşuqəsini gətirib. Cütlük bir müddət o evdə görüşüb. Daha sonra arxasından […]

Dünya

Rusiya Ermənistanın Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir

Moskva İrəvanın Rusiya prezidentinə qarşı həbs qərarı fonunda Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma əsasnaməsinə qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir. Bu barədə bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib. O, Ermənistan tərəfinə İrəvanın ikitərəfli münasibətlər üçün mümkün addımlarının “son dərəcə mənfi” nəticələri barədə xəbərdarlıq edildiyinə də diqqət çəkib. Qeyd edək ki, martın 24-də Ermənistanın […]