Dünya

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib – YENİLƏNİB

Sharing is caring!


İsrailin Azərbaycandakı səfirliyi işini qısa müddətə dayandırdıqdan sonra fəaliyyətini bərpa edib.

Bu barədə “Report”a səfirlikdən məlumat verilib.

“Tətil bitib və biz normal fəaliyyətə qayıtdıq”, – diplomatik nümayəndəlikdən bildiriblər.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər.

20:56

İsrailin Azərbaycandakı səfirliyi məhkəmə islahatları ilə əlaqədar ümummilli tətilə qoşulub.

Bu barədə APA-ya İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, İsrail səfirliyi və konsulluğu növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq işləməyəcək.

17:52

İsrailin dünya üzrə diplomatik nümayəndəliklərinə məhkəmə islahatlarına etiraz olaraq keçirilən ümummilli tətilə qoşulmaq göstərişi verilib.

Bu barədə “Reuters” agentliyi məlumat verib.

Agentliyin əldə etdiyi sənədlərə görə, İsrail səfirlikləri yalnız təxirəsalınmaz hallarda xidmət göstərəcəklər.

İsrailin ABŞ və Fransadakı səfirlikləri artıq fəaliyyətlərini dayandırdıqlarını öz sosial şəbəkələrində təsdiqləyiblər.

İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti isə hələ ki məsələ ilə bağlı açıqlama verməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir