Dünya

Los-Ancelesdə təhsil işçiləri əməkhaqlarının artırılması üçün üçgünlük tətil edəcəklər – VİDEO

ABŞ-nin Los-Anceles şəhərində 30 min müəllim, o cümlədən yeməkxana işçiləri, avtobus sürücüləri, mühafizəçilər gələn həftənin çərşənbə axşamından cümə axşamına kimi tətil edəcəklər. Bölgə nəzarətçisi Alberto M.Karvalyo valideynlərə yazdığı məktubda tətil bitənə qədər distant təhsili olmayan məktəbləri bağlamaq məcburiyyətində qalacaqlarını deyib. Həmkarlar ittifaqı daha yüksək əməkhaqqı, tamştatlı iş yerlərinin sayının artırılmasını və daha çox işçi istəyir. […]

Dünya

Britaniya Moldova və Gürcüstana “xarici müdaxilələrə” qarşı çıxmaq üçün pul ayıracaq

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli 16 və 17 mart tarixlərində Moldova və Gürcüstana planlaşdırılan səfərləri zamanı “xarici müdaxilələrə qarşı mübarizə üçün ölkələrə 10,5 milyon funt sterlinq (təxminən 12,6 milyon dollar) ayrılacağını açıqlayacaq. Bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, XİN rəhbəri Kişinyova iqtisadi və idarəetmə islahatları, o cümlədən enerji sektoru […]

Dünya

Niderlandlı gənc metal detektoru ilə minillik xəzinə tapdı – FOTO

27 yaşlı Lorenzo Rüyter 2021-ci ildə metal detektoru ilə qədim xəzinə tapıb. Lakin bütün bu müddət ərzində o, kəşfi barədə danışmayıb. Gəncin tapıntısı indiyədək Milli Muzeydə olub. Orada işçilər tapılan əşyaları araşdırıb, təmizləyib və müəyyənləşdiriblər. Mütəxəssislərin fikrincə, Lorenzonun aşkar etdiyi zinət əşyaları təxminən eramızın mininci illərinə aiddir. Çox güman ki, onlar varlı bir ailəyə məxsus […]

Dünya

“Freddi” siklonu Malavidə 326 nəfərin həyatına son qoyub

Malavidə “Freddie” tropik siklonu nəticəsində ölənlərin sayı 326 nəfərə çatıb. Martın 13-nə keçən gecə baş vermiş təbii fəlakət evlərin uçmasına səbəb sellə müşayiət olunub. Ölkənin cənub bölgələri, o cümlədən Blantir şəhəri daha çox zərər çəkib. Malavi Prezidenti Lazarus Çakvera təcili humanitar yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib. Ölkədə ölənlər üçün iki həftəlik matəm elan olunub. […]

Dünya

KİV: Rusiya MN Qara dənizə düşən ABŞ PUA-sını aşkar edib

Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri martın 14-də Qara dənizdə düşmüş “MQ-9 Reaper” ABŞ pilotsuz uçuş aparatını tapıblar. Bu barədə nazirliyə yaxın və baş verənlərin təfərrüatı ilə tanış olan mənbəyə istinadən xəbər yayılıb. Məlumata görə, PUA Sevastopoldan 60 km aralıda sualtı robotun köməyi aşkar edilib. Dron “Cənub axını” qaz kəmərinin dərin su qolundan bir qədər aralıda, təxminən […]

Dünya

Məşhur aktrisa pəhrizi barədə danışdı

50 yaşlı amerikalı aktrisa və “Goop” sağlamlıq brendinin yaradıcısı Qvinet Peltrou bədən quruluşunu qoruyan ciddi pəhrizindən danışıb. Kino ulduzunun sözlərinə görə, o, fasilələrlə ac qalır və pəhrizinə riayət edir. Həmçinin, aktrisa səhərlər yemək yemir, günorta ilk yeməkdə isə qəhvə və ya qanda şəkəri yüksəltməyən içki içir. “Mən şorbaları sevirəm. Ən çox sümük suyu bulyonu içirəm”, […]

Dünya

Helikopter sürə bilməyən şəxsdən uğursuz oğurluq cəhdi – FOTO

Kaliforniyanın (ABŞ) Sakramento hava limanında “Bell 429” helikopteri uğursuz qaçırılmaq cəhdindən sonra qəzaya uğrayıb. Bu barədə yerli hüquq mühafizə orqanlarından məlumat verilib. Şübhəli hadisə yerindən qaçıb. “Hazırda heç kim saxlanılmayıb”, – deyə polisdən bildirilib. O da vurğulanıb ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Helikopterin məxsus olduğu “Capitol Helicopters” şirkətindən “Bell 429”un ciddi zədələndiyi bildirilib. Bundan əlavə, şirkətə məxsus […]

Dünya

Rusiyada hərbi komissarlıq: “Səfərbərlik tamamlanmayıb”

Buryatiyadakı hərbi komissarlıqdan yerli sakinlərə bildiriliblər ki, səfərbərlik davam edir. Məlumata görə, hələ martın 1-də Xorinski rayon hərbi komissarlığına 12 nəfər üçün səfərbərlik tapşırığı daxil olub. Qurumdan verilən açıqlamaya görə, səfərbərlik haqqında fərman var, lakin onu dayandırmaq üçün heç bir əmr yoxdur. Ona görə də hərbi komissarlıq vətəndaşları səfərbər etməkdə davam edir. “Biz yuxarı qərargahdan […]

Dünya

Dünyanı bürüyən zəlzələlər dalğası Kanadaya çatdı

Kanadada 5 bal gücündə zəlzələ baş verib Cümə axşamı Kanadanın Alberta əyalətində 5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 6,8 min nəfər əhalisi olan Pis-River şəhərindən 48 km şərqdə yerləşib. Mənbə 2 km dərinlikdə olub. İnsan itkisi və dağıntılar barədə məlumat verilməyib. […]

MARAQLI

37 dərəcə qızdırmanı heçə sayıb işləyənlərin diqqətinə

Xəstəlik zamanı bədənin hərarətinin bir dərəcə artması çox vaxt qızdırmadan daha pis keçir. Çünki insan eyni ritmdə yaşamağa davam etməyə çalışır, bununla da simptomları ağırlaşdırır. Bu barədə rusiyalı tibb elmləri namizədi, allerqoloq-immunoloqu Darya Jukova məlumat verib. Mütəxəssisin sözlərinə görə, bədən istiliyinin artması ilə infeksiyaya qarşı immunitetin işi aktivləşir, həm də patogenlər özləri zəifləyərək ölürlər. İmmunoloq bildirib […]