Dünya

İstanbul razılaşmaları 60 gün müddətinə uzadıldı

Ukraynadan ərzaq məhsullarının Qara dəniz vasitəsilə dünya bazarlarına çıxarılmasını nəzərdə tutan “Taxıl sazişi” növbəti dəfə uzadılıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. O, vurğulayıb ki,İstanbul razılaşmaları 60 gün müddətinə uzadılıb. Qeyd edək ki, ötən il iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə çatdırılması problemlərinin həlli üçün iki sənədə əsaslanan “Taxıl […]

Cəmiyyət

Bakıda yük maşını minik avtomobilinə çırpıldı: Xəsarət alan var – FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, avtoqəza Azadlıq prospekti ilə Sahib Zamanov küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, “KamAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq, prospektdə hərəkətdə olan “Mercedes” markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən minik avtomobili əvvəlcə səkiyə daha sonra işıq dirəyinə çırpılaraq dayanıb. Qəza zamanı minik maşınında olan sərnişin xəsarət […]

Mədəniyyət

Kazandan İrana Nizami Gəncəvi mesajı – VİDEO

“Nizami Gəncəvi Azərbaycanın dahi şairidir. O, 1141-ci ildə Azərbaycanın Gəncə şəhərində dünyaya göz açdığı üçün Nizami Gəncəvi adı ilə tanınıb. Nizaminin azərbaycanlı olması çoxdan sübut edilmiş bir faktdır və buna işarə edən kifayət qədər dəlil var”. Bu fikirlər Kazan Federal Universitetində keçirilən “Nizami Gəncəvi və Türk dünyası” adlı konfransda səsləndirilib. Tatarıstandakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri […]

İdman

Konfrans Liqası: 1/4 finalın daha 1 iştirakçısı bəlli olub – YENİLƏNİB

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə yüksələn növbəti komanda bəlli olub. 1/8 finalın cavab oyununda Slovakiyada “Slovan”a qalib gələn İsveçrə “Bazel”i adını növbəti raunda yazdırıb. Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. İlk matçda da eyni hesab qeydə alındığı üçün əlavə vaxt oynanılıb. Burada da tarazlıq pozulmadığından penaltilər seriyasına keçilib. 11 metrlik cərimə zərbələrini […]

Cəmiyyət

Həcc ziyarəti niyə bahalaşdı? – AÇIQLAMA + VİDEO

Azərbaycandan həcc ziyarətinə getmək istəyənlər üçün paketin qiyməti 5750 ABŞ dolları müəyyən edilib. Qeyd edək ki, ötən il bu məbləğ 5350 ABŞ dolları olub. Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib ki, bahalaşma dünyada baş verən iqtisadi böhranla əlaqəlidir: Şöbə müdiri ziyarət paketi qiymətinin artımının səbəblərinə də aydınlıq gətirib. Xatırladaq ki, sənəd qəbulu […]

Dünya

Avropa Liqası: “Fənərbağça” mübarizəni dayandırdı – VİDEO

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. 8 qarşılaşmadan 4-ü artıq başa çatıb. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” İspaniyada iki cavabsız qolla məğlub olduğu “Sevilya”nı qəbul edib. Görüş İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatsa da, növbəti mərhələyə qonaqlar adlayıblar. “Sevilya” ilə yanaşı, İngiltərənin “Mançester Yunayted”, Niderlandın “Feyenoord” və İtaliyanın “Yuventus” klubları […]

Dünya

Britaniya məmurlarına “TikTok”dan istifadə qadağan olundu

Böyük Britaniya rəsmi şəxslərə Çin sosial şəbəkəsi “TikTok”dan iş telefonlarında istifadə etməyi qadağan edib. Bu barədə Lankaster Hersoqluğunun kansleri Oliver Douden bildirib. Qərar sosial şəbəkənin hökumət məlumatlarını əldə etmə riski ilə bağlıdır. Douden bildirib ki, sosial şəbəkədən istifadənin məhdudlaşdırılması “kibertəhlükəsizlik üzrə ekspertlərimizin məsləhəti ilə” atılan “müdrik” addımdır. O əlavə edib ki, iş telefonlarındakı “TikTok” dərhal […]

Dünya

Türkiyə Finlandiyanın NATO üzvlüyünə razılıq verəcək

Türkiyənin ticarət naziri Mehmet Muş və Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Vaşinqtonda ABŞ Ticarət Palatası və Türkiyə Ticarət Palata və Birjaları Birliyinin (TOBB) birgə təşkil etdiyi Türkiyə-ABŞ biznes forumunda iştirak ediblər. Kalın Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, dövlət katibinin müavini Viktoriya Nuland və ABŞ Konqresinin bəzi üzvləri ilə əhəmiyyətli təmaslarda olub. “Ciner” […]