Cəmiyyət

Bakıda yük maşını minik avtomobilinə çırpıldı: Xəsarət alan var – FOTO

Sharing is caring!


Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, avtoqəza Azadlıq prospekti ilə Sahib Zamanov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq, prospektdə hərəkətdə olan “Mercedes” markalı minik maşınına çırpılıb.

Zərbənin təsirindən minik avtomobili əvvəlcə səkiyə daha sonra işıq dirəyinə çırpılaraq dayanıb.

Qəza zamanı minik maşınında olan sərnişin xəsarət alıb.

O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir