Dünya

Britaniya Moldova və Gürcüstana “xarici müdaxilələrə” qarşı çıxmaq üçün pul ayıracaq

Sharing is caring!


Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli 16 və 17 mart tarixlərində Moldova və Gürcüstana planlaşdırılan səfərləri zamanı “xarici müdaxilələrə qarşı mübarizə üçün ölkələrə 10,5 milyon funt sterlinq (təxminən 12,6 milyon dollar) ayrılacağını açıqlayacaq.

Bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, XİN rəhbəri Kişinyova iqtisadi və idarəetmə islahatları, o cümlədən enerji sektoru üçün əlavə 10 milyon funt sterlinq ayırmaqla hökumətin Moldovanın zərərli müdaxilələrə qarşı dayanıqlığını gücləndirmək planlarını elan etmək niyyətindədir.

Gürcüstanda olarkən Kleverli Böyük Britaniya ilə əməkdaşlığın təxribatçı müdaxilələrə qarşı necə kömək etdiyini qiymətləndirəcək. Gürcüstanda demokratiyanın gücləndirilməsinə kömək etmək üçün Böyük Britaniya həmçinin “2024-cü ildə kənar müdaxilələrdən qorunan azad və ədalətli seçkilərin” təşkilinə yardım məqsədilə 500,000 funt sterlinq ayıracaq.

Mənbə: rosbalt.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir