Dünya

Los-Ancelesdə təhsil işçiləri əməkhaqlarının artırılması üçün üçgünlük tətil edəcəklər – VİDEO

Sharing is caring!


ABŞ-nin Los-Anceles şəhərində 30 min müəllim, o cümlədən yeməkxana işçiləri, avtobus sürücüləri, mühafizəçilər gələn həftənin çərşənbə axşamından cümə axşamına kimi tətil edəcəklər.

Bölgə nəzarətçisi Alberto M.Karvalyo valideynlərə yazdığı məktubda tətil bitənə qədər distant təhsili olmayan məktəbləri bağlamaq məcburiyyətində qalacaqlarını deyib.

Həmkarlar ittifaqı daha yüksək əməkhaqqı, tamştatlı iş yerlərinin sayının artırılmasını və daha çox işçi istəyir.

“Biz hökumətə göstərməliyik ki, onların hörmətsizliyindən bezmişik və işimizə hörmət tələb edərək qətiyyətli addımlar atmaqdan qorxmuruq”, – deyə həmkarlar ittifaqından bildiriblər.

Mənbə: NBC News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir