Dünya

Helikopter sürə bilməyən şəxsdən uğursuz oğurluq cəhdi – FOTO

Sharing is caring!


Kaliforniyanın (ABŞ) Sakramento hava limanında “Bell 429” helikopteri uğursuz qaçırılmaq cəhdindən sonra qəzaya uğrayıb.

Bu barədə yerli hüquq mühafizə orqanlarından məlumat verilib.

Şübhəli hadisə yerindən qaçıb.

“Hazırda heç kim saxlanılmayıb”, – deyə polisdən bildirilib.

O da vurğulanıb ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Helikopterin məxsus olduğu “Capitol Helicopters” şirkətindən “Bell 429”un ciddi zədələndiyi bildirilib.

Bundan əlavə, şirkətə məxsus daha bir neçə helikopter də vandalizmə məruz qalıb. İstintaqa Federal Təhqiqat Bürosu qoşulub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir