Kriminal

Tovuzda 59 yaşlı kişini maşın vuraraq öldürdü

Tovuzda piyadanın ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. 1969-cü il təvəllüdlü Camal Məmmədov yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil vurub. O aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

MARAQLI

Hyu Qrant “Oskar” mərasimində kobud davranışı ilə təəccübləndirdi – VİDEO

Aktyor Hyu Qrant “Oskar” mərasimində kobud davranışı ilə diqqət mərkəzinə düşüb. Sosial şəbəkə istifadəçiləri “Centlmenlər” filminin ulduzunun model Eşli Qremlə söhbətində özünü ləyaqətsiz apardığını bildiriblər. Belə ki, Eşli Qrem tədbirin qonaqları ilə qısa müsahibələr alır və onlara standart suallar verib. Hyu Qrant  isə sualları təmkinsiz cavablandırıb, modellə kifayət qədər laqeyd davranıb və onu ciddi qəbul etməyib. […]

Siyasət

İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub – YENİLƏNİB + FOTO

Martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi. Görüşdə iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. 20:33 Martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya iş adamları […]

Cəmiyyət

Bakıda bahalı nömrəli maşının sürücüsündən əxlaqsız hərəkət: Evli xanımlara sataşdı – VİDEO

Bakı şəhərində bahalı avtomobillə küçədən keçən cavan xanımlara əxlaqsız təkliflər edən şəxs peyda olub.  Demokrat.az xəbər verir ki, sözügedən şəxsin kimliyi hələlik məlum olmasa da, ancaq həmin adamın söz atdığı xanımlardan biri narahat edildiyi anın görüntülərini çəkə bilib.  Görüntülərdən də aydın olur ki, təqribən 50-55 yaşlı şəxs idarə etdiyi qara rəngli “10-CV-010” dövlət nömrə nişanlı “Lexus” markalı avtomobili […]

Cəmiyyət

Taksi sürücüləri niyə tibbi müayinədən keçmirlər? – VİDEO

Avtobus sürücüləri səhər saatlarında xəttə çıxmazdan əvvəl tibbi müayinədən keçirlər. Bəs bu qayda ictimai xidmət növü sayılan taksi sürücülərin niyə tətbiq edilmir? Son vaxtlar narkotik və psixatrop maddələrin təsiri altında saxlanılan sürücülər də sübut edir ki, bu xidmət sahəsində ciddi boşluqlar var. Sürücülər məsələ ilə bağlı bildiriblər ki, tələb olunmadığı üçün onlar tibbi müayinədən keçmirlər […]

Cəmiyyət

AMEA Rəyasət Heyəti aparatının şöbələrinin Əsasnamələri təsdiq edildi – FOTO

AMEA Rəyasət Heyəti aparatının şöbələrinin Əsasnamələri təsdiq edilib. AMEA-dan verilən məlumata görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında qəbul olunub. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər. İclasda, həmçinin AMEA-da aparılan ekspedisiyaların müəyyənləşdirilməsi, şəffaflığın və obyektivliyin təmin edilməsi […]

Cəmiyyət

Şirvan RİH-dən iməcliklə bağlı iddialara REAKSİYA

Şirvan Şəhər İcra Hakimiyyəti bu gün mətbuatda şəhər sakinlərinin iməclik adı altında məcburi əməyə cəlb edilməsi, küçələrin təmizlədilməsi barədə yayılan iddialara münasibət bildirib. RİH-dən verilən məlumata görə, martın 11-də adət-ənənələrinə uyğun olaraq, bahar fəslini “Təmiz Şirvan”la qarşılamaq məqsədi ilə Şirvan şəhər ərazisində ümumşəhər iməcliyi təşkil olunub.  “İməcilikdə xidmət təşkilatlarının əməkdaşları ilə yanaşı, şəhərin digər idarə […]

Müsahibə

Zemfira Əbdülsəmədova: “Bakılıların təbiətində sərtlik var” – MÜSAHİBƏ

“Teatr mənim evimdir, yuvamdır. Hara getsəm, qayıdıb oraya gələcəyəm. Seriallara maddi problemlərimizi həll etmək üçün üz tuturuq”. Bunu kulis.az-a müsahibəsində Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova deyib. Həmin müsahibəni təqdim edirik: – Zemfira xanım, özünüzü necə hiss edirsiniz? – Oynadığım son iki tamaşadan sonra özümü əla hiss edirəm. Bu günlərdə ölkədə teatrımızın baş rejissoru Mehriban […]

Cəmiyyət

Tovuzda iki maşın toqquşdu: Ölən və xəsarət alan var

Tovuzda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alan var. “Report”un məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonun Əlimərdanlı kənd ərazisindən keçən hissəsində baş verib. Körpü üzərində iki avtomobilin toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, daha bir nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Hər ikisinin şəxsiyyəti […]