Cəmiyyət

Şirvan RİH-dən iməcliklə bağlı iddialara REAKSİYA

Sharing is caring!

Şirvan Şəhər İcra Hakimiyyəti bu gün mətbuatda şəhər sakinlərinin iməclik adı altında məcburi əməyə cəlb edilməsi, küçələrin təmizlədilməsi barədə yayılan iddialara münasibət bildirib.

RİH-dən verilən məlumata görə, martın 11-də adət-ənənələrinə uyğun olaraq, bahar fəslini “Təmiz Şirvan”la qarşılamaq məqsədi ilə Şirvan şəhər ərazisində ümumşəhər iməcliyi təşkil olunub. 

“İməcilikdə xidmət təşkilatlarının əməkdaşları ilə yanaşı, şəhərin digər idarə və müəssisələrinin nümayəndələri də yüksək fəallıq nümayiş etdiriblər.  

Hər bir müəssisənin əməkdaşları həmin müəssisənin xidməti ərazisinin təmizlənməsində iştirak edib. İməclik Novruz bayramına hazırlıqla əlaqədar sakinlərin könüllü iştirakı ilə keçirilib. Ona görə də heç bir məcburiyyətdən söhbət gedə bilməz. Ümumşəhər iməcliyi barədə 11 mart 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi səhifəsində məlumat paylaşılıb. İnternet saytlarından əsassız, böhtan xarakterli məlumatların paylaşılmaması xahiş olunur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir