Cəmiyyət

Xaçmazda 85 yaşlı kişi ehtiyatsızlıqdan yanaraq ölüb

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində ahıl kişi yanaraq ölüb. “Report”un Şimal bürosu xəbər verir ki, 1938-ci il təvəllüdlü Zamanov Kamal Namik oğlu yaşadığı evdə istilik sobasının üstünə yıxılıb, nəticədə yanıq xəsarətləri alaraq ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. […]

İdman

Türkiyə klubunun avtobusu aşdı: 14 futbolçu yaralandı – FOTO

Türkiyə III Liqa klubu “Kestelspor”un avtobusu qəzaya düşüb. Hadisə Alanyada baş verib. Qəzaya avtobus sürücüsünün idarəetməni itirməsi səbəb olub. Nəqliyyat vasitəsi baryerə dəyərək aşıb. Qəza nəticəsində 14 futbolçu xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır olduğu üçün əməliyyat ediliblər. Mənbə: “Fotomac” Xeberal.az

Cəmiyyət

Fransa səfiri toyda qonaqpərvərliyə görə azərbaycanlılara təşəkkür edib – VİDEO

Fransanın Azərbaycandakı səfiri Ann Buayon ölkəmizdə dəvət olunduğu toy məclisindəki qonaqpərvərliyə görə mərasimin təşkilatçılarına təşəkkür edib. Səfir bu barədə “Twitter” hesabında yazıb. “Mən ilk dəfə Fransa və Azərbaycan vətəndaşlarının toyuna dəvət olundum. Yeni evlənənləri təbrik edirəm. Xoşbəxt olun! Gəlinin ailəsinə qonaqpərvərliyə görə təşəkkür edirəm”, – diplomat yazıb. 👰‍♀️🤵 Mən ilk dəfə 🇫🇷🇦🇿 toyuna dəvət olundum […]

Dünya

İranda pensiyaçılar etiraza qalxdılar – VİDEO

İranın Şuş şəhərində Sosial Təminat İdarəsinin pensiyaçıları dözülməz məişət şəraiti, yoxsulluq, inflyasiya və bahalığa qarşı etiraz aksiyası keçiriblər Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Aksiya iştirakçıları hökumət əleyhinə şüarlar səsləndiriblər: “Ləyaqətsiz Rəisi, qayıt get molla məktəbinə! Soyuducumuz çoxdandır boşdur! Ar olsun bizim televiziyaya!”   Xeberal.az

Cəmiyyət

İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi – FOTO

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayondan olan xanımları “iməcilik” adı altına məcburi əməyə cəlb edib. Bununla bağlı bir qrup şəhər sakini Demokrat.az-a şikayət göndərib. Şikayətçilər iddia edirlər ki, martın 11-də İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti də daxil olmaqla, rayonda çalışan qadınlara “ümumşəhər iməciliyinin keçirilməsi” adı altında məcburi […]

İdman

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində komanda hesabında birinci yeri tutublar – FOTO

Martın 11-12-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. Bu barədə Azərbaycan Cüdo Federasiyasının yaydığı məlumatda qeyd olunur. Azərbaycan yarışda 50 nəfərdən ibarət heyətlə təmsil olunub. Turnirin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə ediblər. Turnirin ikinci […]