Dünya

Hande Erçelə sevgilisi Hakan Sabancının ailəsindən məsafəli davranış: Münasibətlərinə razı deyillər? – FOTO

Son zamanlar karyerası ilə yanaşı şəxsi həyatı ilə də gündəmdən düşməyən məşhur türkiyəli aktrisa Hande Erçel iş adamı Hakan Sabancı ilə eşq yaşayır. Lakin Hakan Sabancının ailəsinin bu münasibətə razılıq vermədiyi deyilir. Son olaraq “Sen çal kapımı” serialı ilə ekranlara çıxan Hande Erçel ilə məşhur biznesmen Hakan Sabancı bu yaxınlarda Parisə istirahətə yollanıblar. İstirahətdən sonra […]

Cəmiyyət

Xankəndi yolundan RSK-nın 71 avtomobili maneəsiz keçib – YENİLƏNİB + FOTO/VİDEO

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 11 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 71-ə çatıb.   Bu, bir daha […]

Cəmiyyət

İŞİD qruplaşmasının üzvü olan şəxs hakim qarşısına çıxarıldı – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. İrəvan əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edib. ABŞ mətbuatı həqiqətləri dünyaya çatdırdı. Öldü bilinən terrorçu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ələ keçirildi. İŞİD qruplaşmasının üzvü olan şəxs hakim qarşısına çıxarıldı. Müğənni Manaf Ağayevin oğlu həbs olundu. Müşviq Ağayevin saxlanmasının səbəbi açıqlandı. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Dosent: “Şirin sudan texniki məqsədlər üçün istifadə dayandırılmalıdır” – VİDEO

“Şirin sudan texniki məqsədlər üçün istifadə dayandırılmalıdır. İstər əkin sahələrinin, istərsə də yaşıllıqların suvarılmasında yağış sularından istifadə olunmalıdır”. Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri Memarlıq və İnşaat Universitetinin dosenti, Su təchizatı, işlənmiş suyun kənarlaşdırılması ixtisası üzrə müəllim Aqşin Kərimov deyib O bildirib ki, yalnız bu yolla içməli su ehtiyatını qoruya bilərik. Amma texniki sulardan istifadə edə bilmək […]

Mədəniyyət

Tələbəsi ilə evlədi, ölümünü hiss etdi – Həsən Əbluc haqqında maraqlı faktlar – FOTO

Bu gün tanınmış rejissor və aktyor, bədii qiraət ustası, Əməkdar artist Həsən Əblucun anım günüdür. Kulis.az bu münasibətlə aktyor haqqında on maraqlı faktı təqdim edir. Həsən Abbasqulu oğlu Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Politexnik İnstitutuna qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib. […]

İdman

BBC Linekerdən üzr istədi

BBC telekanalının rəhbərliyi işdən çıxarılan Qari Linekerdən üzr istəyib. İngiltərəli keçmiş futbolçunun “Match of the Day” verilişinə geri qayıdacağı gözlənilir. “Qari BBC-nin dəyərli üzvüdür. Kanalımızın onun üçün nə qədər vacib olduğunu bilirəm. Həftəsonu yenidən ekranlarımızda olmasını səbirsizliklə gözləyirəm”, – deyə kanalın baş direktoru Tim Deyvi bildirib. Məşhur futbolçu özü də sosial şəbəkədə paylaşım edərək, şənbə günü işinə […]

Siyasət

Avropa Parlamenti qərəzli qətnamə qəbul etməyə hazırlaşır – VİDEO

Avropa Parlamenti Azərbaycana qarşı qərəz nümayiş etdirir. Baku TV-də yayımlanan “Baku Analitik” verilişinin qonaqları politoloq Fuad Çıraqov və politoloq Aytən Qurbanova Avropa Parlamentinin erməniləri açıq-aydın müdafiə etməsini, 30 il Rusiya əsarətində olan Ermənistanın Avropaya yanaşmasını və bu məsələyə Rusiyanın susması ilə bağlı mövzuda müzakirə aparıblar. Ətraflı verilişi təqdim edirik: Xeberal.az

Müharibə

Sentyabr döyüşlərində şəhid olan Sadiq Əzizlinin doğum günüdür – VİDEO

Sentyabr döyüşlərində şəhid olan Sadiq Əzizlinin doğum günüdür. Sadiq Zaur oğlu Əzizli 13 mart 2003-cü ildə Bakı şəhərində anadan olub. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olub. Şəhid anası Elnurə Əzizova bildirib ki, Sadiqin şəhid olmaq arzusu olub: “Dostları ilə danışarkən qeyd edib ki, qayıtmağıma az qalıb. Mən şəhid ola bilmədim. 2-3 gün sonra […]

Şou-Biznes

Leonardo DiKaprio məşhur modellə yenidən SEVİŞİR? – FOTO

Dünyaca məşhur aktyor Leonardo DiKaprionun tanınmış model Gigi Hadidlə yenidən eşq yaşadığı iddia olunur. Lent.az xarici mediaya istinadən bildirir ki, jurnalistlər onların görüşdüyü barədə xəbər yayıblar. İddialara görə, cütlük Los-Ancelesdə “Oskar” film mükafatlandırma mərasimindən əvvəl təşkil olunan gecədə, VİP zonada birlikdə görünüblər. Şahidlər isə deyiblər ki, məşhurlar tədbirə ayrı-ayrılıqda gəliblər, lakin demək olar bütün gecəni […]

İqtisadiyyat

Bayram süfrəsinin xərci nə qədərdir? – VİDEO

Novruz Bayramına sayılı günlər qalıb, vətəndaşlar artıq bayram alış-verişinə başlayıblar. Bayram günlərində əsas tələbat çərəzlərədir və yarmarkalarda qiymətlər müxtəlifdir. Satıcıların sözlərinə görə, şabalıdın bir kiloqramı 8 manat, qozun bir kiloqramı 6-12 manat arasında dəyişir, fındıq və xurmanın bir kiloqramı 6 manat, kişmişin bir kiloqramı isə 6-8 manat arasında dəyişir. Baku TV-nin mövzu ilə bağlı hazırladığı […]