İdman

Nəriman Abbasovun Astanadakı döyüşü təxirə salınıb

Azərbaycanın yüngül çəkidə MMA idmançısı Nəriman Abbasovun “Naiza Fighting Championship” turnirində qazaxıstanlı Fanil Rafikovla keçirməli olduğu döyüş təxirə salınıb. Turnirin rəsmi saytında verilən məlumata görə, buna rəqib döyüşçünün zədələnməsi səbəb olub. Qarşılaşma martın 18-də Qazaxıstanın paytaxtı Astanadakı “Jekpe Jek” idman kompleksində baş tutmalı idi. “Sports.ru” nəşrinə açıqlama verən Rafikov döyüşə çıxa bilməyəcəyi üçün MMA həvəskarlarından üzr istəyib. O, […]

Siyasət

Azərbaycan CANSO-nun İcraiyyə Sammitində iştirak edib

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) hava hərəkətinə nəzarət üzrə qlobal tədbir olan “Airspace World” çərçivəsində beynəlxalq Aeronaviqasiya Xidməti Təşkilatının (CANSO) aeronaviqasiya icracı direktorlarının ümümdünya sammitində iştirak edib. AZAL-dan verilən məlumata görə, İsveçrənin Cenevrə şəhərində təşkil olunan top liderlərin, aviasiya sənayesinin aparıcı istehsalçılarının və peşəkarlarının bir araya gəldiyi tədbirin məqsədi dünyanın […]

Şou-Biznes

Samirə Əfəndiyə HÜCUM: “Tüpürdü, söydü…” – YENİLƏNİB

Müğənni Samirə Əfəndinin maşınına hücum edən şəxslə bağlı araşdırmalara başlanılıb. DİN-in mətbuat xidmətindən Lent.az-a bildirib ki, məsələ barədə araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək. *** Saat 16:26 “Eurovision” təmsilçimiz Samirə Əfəndi hücuma məruz qalıb.  Lent.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.  Onun sözlərinə görə, “Hyundai” markalı 77 DV 916 dövlət nömrə nişanlı […]

İdman

PSJ-də Mbappedən narazılıq: “Ən yaxşı oyununu göstərmir”

PSJ-nin idman direktoru Luis Kampos komandanın hücumçusu Kilian Mbappenin performansından narazıdır. Bu barədə o, “Telefoot” telekanalına açıqlamasında deyib. Klub rəsmisinin sözlərinə görə, Fransa millisinin üzvü daha yaxşısını etmək iqtidarındadır: “Mbappe daha yaxşısını etməlidir. Onun bunu bacaracaq potensialı var. Kilian indi ən yaxşı oyununu göstərmir. 25-26 yaşında daha fərqli və möhtəşəm oyunçu olacaq. Amma zirvəyə qalxmaq […]

Mədəniyyət

Əməkdar artist Yafəs Eyvazov vəfat edib

Tanınmış ud ifaçısı, Əməkdar artist Yafəs Eyvazov vəfat edib. Oxu.Az-ın məlumatına görə, bu barədə sənətçinin bacısı oğlu Əməkdar artist Rəşad İlyasov özünün sosial şəbəkə hesabında məlumat verib. Qeyd edək ki, sənətçinin bu gün uzun müddət davam edən xəstəlikdən vəfat etdiyi bildirilir. Xeberal.az

Siyasət

Nazir Rusiya Prezidentinin xüsusi nümayəndəsini Ermənistanın artan təxribatları barədə məlumatlandırıb – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib. Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri, regional humanitar layihələr müzakirə olunub. Ceyhun Bayramov post-münaqişə dövründə Azərbaycanın sülh quruculuğu sahəsində səyləri, bölgədə yenidənqurma işlər barədə ətraflı məlumat […]

Cəmiyyət

“InstPower” fırıldaqçılarından şikayət edildi: Zərərçəkənlər itirdikləri məbləği ala biləcəklərmi? – VİDEO

Uzun müddətdir insanları aldadan “Instpower” adlı şirkətin fırıldaqçılıq etməsi ilə bağlı araşdırma aparılır. Vətəndaşların pullarını mənimsəyən şirkətin əməkdaşları onlardan şikayət edildiyini anladıqda yoxa çıxıblar. Görəsən, zərərçəkənlər itirdikləri məbləği geri ala biləcəklərmi? Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: Xeberal.az

Siyasət

Fərid Şəfiyev ermənilərin Qarabağdakı son təxribatından danışdı – VİDEO

Fərid Şəfiyev ermənilərin Qarabağdakı son təxribatından danışıb. Baku TV-də yayımlanan “Baku Analitik” verilişinin qonağı olan BMTM-in idarə heyətinin sədri Fərid Şəfiyev Ermənistanla sülh müqaviləsinin niyə imzalanmamasından da danışıb. O qeyd edib ki, sülh müqaviləsinin imzalanmasına Fransa və Rusiya mane olub. Ətraflı verilişi təqdim edirik: Xeberal.az

Cəmiyyət

Bakıda içməli su həyəcanı – VİDEO

Dünyada yaranan içməli su böhranı Azərbaycandan da yan keçməyib. “Azərsu” ASC şəhərin bir çox hissələrində içməli suyu fasilələrlə verməyə başlayıb. İçməli su ilə bağlı belə bir problem yaranıbsa, avtoyuma məntəqələrində niyə texniki sudan istifadə edilmir? Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: Xeberal.az