Şou-Biznes

Samirə Əfəndiyə HÜCUM: “Tüpürdü, söydü…”

“Eurovision” təmsilçimiz Samirə Əfəndi hücuma məruz qalıb.  Lent.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.  Onun sözlərinə görə, “Hyundai” markalı 77 DV 916 dövlət nömrə nişanlı avtomobilin sürücüsü müğənninin avtomobilinə tüpürərək, onu təhqir edib:  “Maşınıma tüpürdü, siqaretini atdı, söydü, şəklimi çəkdi. Bu şəxsdən şikayətçiyəm. Əslində, paylaşmağa utanıram. Çünki izləyiciləriimin 70 faizi […]

Siyasət

Bakıda Azərbaycanla İordaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub – FOTO

Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə tədbir və sərgi keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, bir çox ərəb ölkələrinin səfirləri və əməkdaşları, İordaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi […]

Dünya

Molla rejimi kütləvi zəhərlənmələri əhəmiyyətsiz göstərməyə çalışır – VİDEO

İranda şagirdlərin zəhərlənməsi məsələsi gündəmdə qalmaqda davam edir. “Azad İran” “Telegram” kanalında verilən məlumata görə, hökumət bir yandan zəhərlənməni bütün şəhərlərə yayır, digər yandan da öz adamlarını və hökumətə yaxın ailələrin övladlarını televiziyaya çıxararaq məsələni əhəmiyyətsiz göstərməyə çalışır.   Xeberal.az

Siyasət

Prezident: “Ölkələrimizin bir-birindən uzaqda yerləşməsi əməkdaşlığımıza mane olmamalıdır”

“Ölkələrimiz bir-birindən uzaqda yerləşir, lakin hesab edirəm ki, bu, müxtəlif sahələrdə əməkdaşlığa mane olmamalıdır”. AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşündə deyib. “Bir halda ki, siyasi müstəvidə əməkdaşlıq mövcuddur, biz digər sahələrdə imkanları nəzərdən keçirməliyik. Əlbəttə ki, Sizin Azərbaycana səfəriniz qarşılıqlı maraq doğuran geniş məsələlərin müzakirəsi […]

Dünya

Parisdə iğtişaşlar baş verib: Saxlanılanlar var – VİDEO

Çərşənbə axşamı Parisdə pensiya islahatına qarşı keçirilən ümummilli tətil zamanı iğtişaşlar baş verib. Məlumata görə, Port-Royal bulvarı ərazisində “sarı jiletlilər” hərəkatının təşkil etdiyi nümayiş zamanı bir qrup şəxs polisə şüşələr, həmçinin partlayıcı maddələr atmağa başlayıb. Etirazçılar həmçinin reklam lövhələrini və avtobus dayanacaqlarını sındırıblar. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Mitinq iştirakçıları arasında saxlanılanların […]

Siyasət

Prezident İlham Əliyev Timor-Leste Prezidentinin Azərbaycana səfəri barədə danışdı

“Tarixdə ilk dəfədir ki, Timor-Lestenin Prezidenti Azərbaycana səfər edir. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin, səmərəli əməkdaşlığın və tərəfdaşlığımızın uğurlu davamını təmin edəcək mühüm addımdır”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşündə söyləyib. Qoşulmama Hərəkatının bu yaxınlarda keçirilmiş Zirvə toplantısında ölkənizin yüksək səviyyədə təmsil […]

Siyasət

Prezident: “Pandemiya zamanı Çinin Azərbaycana vaksinlər ayırması dostluğumuzun bariz nümunəsidir”

“COVID-19 pandemiyası zamanı Çin ölkəmizə vaksinlər ayırdı və bunun nəticəsində Azərbaycan dünyada vaksinasiyaya başlayan ilk ölkələrdən biri oldu”. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən bildirib. Çinin Azərbaycana vaksinlər ayırmasını ölkələrimiz arasında dostluğun bariz nümunəsi kimi dəyərləndirən dövlətimizin başçısı bu faktın Azərbaycan dövləti […]

Siyasət

Prezident: “Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlıq əsas prioritetlərdən biridir”

“Azərbaycan Çin siyasətini, Çinin ərazi bütövlüyü və suverenliyini daim dəstəkləyib. Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlıq əsas prioritetlərdən biridir”. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən bildirib. Dövlətimizin başçısı özünün Çinə rəsmi səfərini, bu səfər zamanı və beynəlxalq tədbirlərdə Çin Xalq Respublikasının Sədri ilə […]

Şou-Biznes

Çoxdandır gözlənilən serial bu gün efirə çıxacaq

Uzun müddətdir ekranlara gəlməsi gözlənilən  “Ailə” serialı nəhayət bu gün tamaşaçı qarşısına çıxacaq. Fevralın 14-də təqdimatı gözlənilən film Türkiyədəki dəhşətli zəlzələ səbəbilə yayımı təxirə salınmışdı. Lent.az-ın xəbərinə görə, serialda baş rollarda Kıvanc Tatlıtuğ və Sernay Sarıkaya oynayırlar.  Serial martın 7-dən etibarən hər çərşənbə axşamı Show TV-də təqdim olunacaq.

Siyasət

Ayxan Hacızadə: “Fransa XİN bölgəmizdə baş verən təxribatlar barədə qərəzli mövqe nümayiş etdirir”

“Təəssüf ki, Fransa Xarici İşlər Nazirliyi növbəti dəfə bölgəmizdə baş verən təxribatları şərh edərkən qərəzli və əsassız mövqe nümayiş etdirməkdə davam edir”. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin mövzu ilə bağlı sualını cavablandırarkən bildirib. Fransa tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə, […]