Dünya

Britaniya alimləri: “Dörd ölkə risk altındadır – 15 milyon insanın yaşadığı ərazi su altında qala bilər”

“15 milyona yaxın insanın yaşadığı ərazi təhlükə altındadır, buzlaqların əriməsi genişmiqyaslı daşqınlara səbəb ola bilər”. Bu qənaətə Böyük Britaniyanın Nyukasl Universitetinin alimləri gəliblər. Alimlərin fikrincə, əsrin sonuna qədər Yer üzündəki 215 min buzlağın təxminən yarısı əriyəcək. Bu da buzlaq göllərinin çatlamasına və nəticədə daşqınlara səbəb olacaq. Bu proses dörd ölkəyə dağıdıcı təsir göstərəcək ki, bunlar […]

Cəmiyyət

Gəncədə mikroavtobus yanıb – FOTO

Gəncədə yanğın hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan “Mervedes Vito” markalı mikroavtobus anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürmə avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yaxınlıqdakı avtomobilər yanğından mühafizə edilib. Hadisənin baş vermə səbəbləri araşdırılır. Xeberal.az

Dünya

Danimarka Müdafiə Nazirliyi əməkdaşlarına “TikTok”dan istifadəni qadağan etdi

Danimarka Müdafiə Nazirliyi əməkdaşlarına iş üçün istifadə etdikləri cihazlarında Çin sosial media tətbiqi “TikTok”dan istifadəni qadağan edib. Bu barədə martın 6-da nazirlikdən məlumat verilib. “Müdafiə Nazirliyi əməkdaşlarına iş cihazlarında “TikTok” tətbiqindən istifadəni qadağan etmək qərarına gəlib. Qərar Kibertəhlükəsizlik Mərkəzinin 24 fevral 2023-cü il tarixli tövsiyələrinin davamı olaraq qəbul edilib. Qərara əsasən, bütün əməkdaşlar iş telefonlarında […]

Dünya

Dünyada ilk dəfə Koronavirus Qurbanlarının Anım Günü qeyd edilib

Koronavirus Qurbanlarının Anım Günü ilk dəfə martın 6-da Slovakiyada qeyd edilib. Anım Günü ölkə parlamenti tərəfindən 2022-ci ildə təsis edilib və bayram, istirahət və anım günlərinin milli təqviminə daxil edilib. Slovakiyada ilk koronavirusa yoluxma halı 2020-ci il martın 6-da qeydə alındığı üçün 6 mart tarixi seçilib. Qeyd edək ki, Slovakiyada pandemiyanın bütün dövrü ərzində 21 […]

Dünya

KİV: Rusiya İrandan ballistik raket almağa ehtiyat edir

Rusiyada İrandan ballistik raket alınmasına hələ də şübhələr var. Bütün bunlar Moskvanın cavab olaraq müttəfiqlərin Ukraynaya 300 km mənzilli ATACMS raket sistemləri verəcəyindən ehtiyatlanması ilə bağlıdır. Bununla belə, rəsmilər etiraf edirlər ki, Rusiya İranın ballistik raketləri ilə bağlı mövqeyini dəyişə bilər. Bu, öz sursatlarının çatışmazlığı və yerli istehsalın azalması ilə əlaqədardır. Ekspertlər Rusiyanın idarə olunan […]