Cəmiyyət

8 Mart bayramında qadınların üzünü güldürən hədiyyə nədir? – VİDEO

8 Mart – Beynəlxalq Qadınlar Günündə xanımların üzünü güldürən hədiyyələrlə bağlı araşdırma aparılıb. Xəzərxəbər.az-ın məlumatına görə, ən çox tələbat tülpan, xrizantema və qızılgüllərədir. Buketlərin qiyməti isə 15 manatdan başlayır. Ətriyyat mağazalarından isə bildirilib ki, qiymətlər 15 manatdan başlayır. Daha ətraflı süjetdə: Xeberal.az

Dünya

İranda məktəblilərin zəhərlənməsinə səbəb olanlardan bəziləri tutulub – VİDEO

İranda məktəblilərin zəhərlənməsi ilə bağlı daxili işlər nazirinin müavini Seyid Məcid Mirəhmədi zəhərlənmənin səbəbkarlarından bəzilərinin tutulduğunu deyib. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Onun sözlərinə görə, tutulanların bir neçəsi düşmənçilik məqsədi güdmədikləri üçün düz yola dəvət edildikdən sonra sərbəst buraxılıblar.   Xeberal.az

İdman

“Qarabağ”ın hücumçuları Avropanın ən yaxşı bombardirlərinin siyahısına düşüblər

“Qarabağ”ın hücumçuları Musa Qurbanlı və Ramil Şeydayev Avropada öz çempionatlarında ən çox qol vuran futbolçuların siyahısına düşüblər. “Report” xəbər verir ki, hər iki forvard reytinqdə 4-5-ci yerləri bölüşdürür. Onlar Azərbaycan Premyer Liqasında hərəyə 17 dəfə fərqləniblər. İlk pillədə Türkiyə “Fənərbağça”sından Enner Valensiya qərarlaşıb. Ekvadorlu hücumçunun aktivində 23 qol var. İkinci sırada Lüksemburqun “Svift” klubunun futbolçusu Rayan Filipp […]

Cəmiyyət

Göyçayda əsən güclü külək su və elektrik təchizatında problemlər yaradıb

Göyçayda əsən güclü külək su və elektrik təchizatında problemlər yaradıb. ”Report” xəbər verir ki, Göyçay Elektrik Şəbəkəsi rayonda külək əsməyə başlayan kimi küçələrdəki elektrik naqillərinin ağaclara toxunacağından və qısaqapanmadan transformatorların yanacağını nəzərə alaraq eletrik enerjisinin verilişini dayandırıb. Güclü külək səbəbindən Göyçay şəhərinə və kəndlərə içməli su ilə təmin edən artezianların və su anbarlarının olduğu əraziyə elektrik […]

Dünya

Tiflisdə iğtişaşlar: Su şırnaqları və gözyaşardıcı qazdan istifadə olundu – VİDEO

Çərşənbə axşamı hüquq-mühafizə orqanları Tiflisdə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər. Xüsusi təyinatlılar parlamentin girişinə aparan küçəni bağlayıblar. Gözyaşardıcı qazdan dəfələrlə istifadə edildikdən sonra su şırnaqları işə düşüb. Rustaveli prospektində parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra minlərlə etirazçı küçələrə axışmaqda davam […]

Dünya

Tehranda konfrans: Paniranistlər və daşnaklar bir arada – VİDEO

Hələ fevralın sonlarında İran ermənilərinin “Hur” Tərcümə və Tədqiqat Mərkəzi martın 5-də Tehranda keçirilməsi nəzərdə tutulan bir seminarın anonsunu verib. “Qafqazda geosiyasi balans: regional və transregional oyunçular” adlı həmin tədbirin təşkilatçıları sırasında sözügedən mərkəzlə yanaşı, bir çox İran beyin mərkəzləri və media qurumlarının olduğu qeyd edilib. Bunlar Tehran Beynəlxalq Araşdırmalar İnstitutu, Müasir Dünya Araşdırmaları İnstitutu, […]

Cəmiyyət

Bakıda iki yaşlı oğlunu boğazından bıçaqlayan kişinin istintaqı başa çatıb

Bakıda iki yaşlı oğluna xəsarət yetirməkdə təqsirləndirilən Saqi Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azad Məcidovun icraatına verilib. Qeyd edək ki, hadisə ötən il noyabrın 23-də Səbail rayon ərazisində qeydə alınıb. Yevlax rayon sakini 1990-cı […]

Cəmiyyət

Şəmkirdə sürücü minik avtomobilini yük maşını kimi istifadə etdi – VİDEO

Şəmkirdə sürücü minik avtomobilini yük maşını kimi istifadə edib. Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı kadrlar Şəmkir rayonu “Dörd yol” adlanan ərazidə çəkilib. Görüntülərdən də aydın olur ki, VAZ-2106 markalı avtomobilin sürücüsü avtomobilə normadan artıq yük yığıb. Sürücü təxminən 2-3 metrə qədər yuxarı qaldırdığı təhlükəli yükü isə iplə bir neçə yerdən bağlayıb. O, öz həyatı ilə yanaşı […]