Kriminal

Bakıda kişi qardaşı oğlu tərəfindən bıçaqlanıb

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib. Südçülük sovxozu ərazisində 1964-cü il təvəllüdlü Teymurov Rafiq Rüstəm oğlu qardaşı oğlu ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Məlum olub ki o, qardaşı oğlu ilə ailə-məişət zəminində mübahisə edib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Şəhid baş leytenant Kamran Hüseynov dəfn edilib

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn edilib. Oxu.Az xəbər verir ki, şəhid doğulduğu Neftçala rayonunda torpağa tapşırılıb. Qeyd edək ki, 1995-ci ildə Neftçala rayonunda anadan olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olub. Xeberal.az

Müharibə

Şəhid Şəhriyar Əlibəylinin nəşi evinə gətirildi – FOTO

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Hafiz oğlunun nəşi Yasamal rayonunda yaşadığı evə gətirilib. Oxu.Az xəbər verir ki, şəhidlə vida mərasimi yaşadığı evdə keçirilir. Şəhidimiz İkinci Şəhidlər xiyabanında dəfn olunacaq. Xatırladaq ki, Ş.Əlibəyli 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Qeyd edək ki, ötən gün Ermənistan tərəfinin törətdiyi təxribatlar […]

Dünya

Avstraliya sahillərində güclü zəlzələ baş verib

Avstraliyanın Makkuari adasının sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat yayıb. Zəlzələnin episentri adadan təxminən 700 km qərbdə olub. Burada Avstraliya və Yeni Zelandiya alimlərinin yaşadığı və işlədiyi Makkuari adasının subarktik tədqiqat stansiyası, həm də Avstraliya elmi-tədqiqat donanmasının limanı yerləşir. Zəlzələ ocağı 10 km dərinlikdə qeydə alınıb. Dağıntı […]

Cəmiyyət

Abşeronda avtomobilin vurduğu şəxs 10 gün sonra ölüb

Abşeronda avtomobilin vurduğu şəxs 10 gün sonra ölüb. “Report”un xəbərinə görə, hadisə fevralın 23-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayon Müşfiqabad qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Beyləqan rayon sakini, 1968-ci il təvəllüdlü Hacıyev Namik Yusif oğlu idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, 1961-ci il təvəllüdlü Babayev Elşad […]

İdman

Mbappe: “Əgər əvvəl kimsə mənə bu nailiyyəti qazanacağımı desəydi, ona inanmazdım”

PSJ-nin forması ilə 201 dəfə fərqlənərək klubun tarixində ən çox qol vuran futbolçuya çevrilən Kilian Mbappe Paris klubundakı karyerasından danışıb. Fransalı hücumçu bildirib ki, PSJ-də oynamaq onun üçün böyük üstünlükdür: “Mən burada bir futbolçu kimi inkişaf etmiş, müsbətə doğru dəyişmişəm. Əgər kimsə mənə bu komandanın kapitanı statusunda klubun tarixində ən çox qol vuran futbolçu olacağımı […]

Cəmiyyət

Oğuzda köhnə qəbiristanlıqlarda olan ağaclar kəsilib – FOTO

Oğuz rayonunun Muxas kəndi ərazisində yerləşən üç qədim qəbiristanlıqda ağaclar kəsilib. Ağacların kəsilməsi faktları kəndin girəcəyində olan iki qədim və kənddən uzaq məsafədə yerləşən və hazırda dəfnlərin icra olunmadığı qəbiristanlıq ərazisində qeydə alınıb. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, 18-i irigövdəli olmaqla, ümumi sayı 60-a yaxın olan ağacların qanunsuz olaraq kəsilməsi ehtimal olunur. Muxas Kənd Bələdiyyəsinin […]

Cəmiyyət

Yunanıstanda aksiyalar davam edir – Xəbərlərin 09:00 buraxılışı

Bakı TV-nin efirində xəbər vaxtıdır: Hərbi qulluqçumuz xidməti vəzifəsi zamanı minaya düşərək şəhid oldu. Müdafiə Nazirliyi məlumat yaydı. 12 minə yaxın insan küçələrə axışdı, etirazçılarla polis arasında toqquşmalar baş verdi. Yunanıstanda aksiyalar davam edir. Britaniyada xüsusi təyinatlı qüvvələrin hərbçiləri “TikTok”dan istifadə edə bilməyəcəklər. Hökumətdən yeni qadağa. Daha ətraflı BAKU NEWS-un 09:00 buraxılışında: Xeberal.az

Dünya

Çin hərbi büdcəsini əhəmiyyətli dərəcədə artırır

2023-cü ildə Çin müdafiə büdcəsini 7,2% artıracaq. Bu barədə məlumat 14-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının 1-ci sessiyasının açılışında dərc edilmiş ölkənin büdcə layihəsində verilib. “Milli müdafiə xərcləri 7,2% artımla 1,553 trilyon yuan (təxminən 224,85 milyard dollar) təşkil edir”, – sənəddə deyilir. Bundan əvvəl 14-cü Yığıncağın 1-ci sessiyasının rəsmi nümayəndəsi Vanq Çao müdafiə xərclərinin artırılmasını […]

Siyasət

Ekoaksiya 85 gündür yüksək əhvali-ruhiyyədə davam edir – FOTO

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 85 gündür davam edir. AZƏRTAC xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər […]