İqtisadiyyat

Yararsız pulları nə etməli? – VİDEO

Vətəndaşların çoxu zədələnmiş pullarla alış-veriş etməyin mümkün olmamasından şikayətlənirlər. Onların sözlərinə görə, çox vaxt cırıq əskinazları satıcıların özləri qalıq kimi müştərilərə verirlər, amma əksi baş verdikdə həmin əskinazları qəbul etmirlər. Baku TV-nin yararsız əskinazlarla bağlı hazırladığı süjeti təqdim edirik: Xeberal.az

Dünya

Belarusda prezidentliyə keçmiş namizədə qiyabi 15 il həbs cəzası verilib

Minsk şəhər məhkəməsi Belarusda prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayaya qiyabi 15 il həbs cəzası kəsib. Məhkəmə siyasətçini dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməyə cəhddə, ekstremist birləşmə yaradaraq ona rəhbərlik etməkdə təqsirli bilib. Qeyd edək ki, dövlət ittihamçısı Tixanovskayanın 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Məlumat üçün əlavə edək ki, Svetlana Tixanovskaya 2020-ci ilin 11 […]

Müharibə

Müdafiə Nazirliyindən Ermənistana “Qisas” əməliyyatı barədə xatırlatma

“Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan mina terroru siyasəti hələ də davam etdirilir. Dəfələrlə tərəfimizdən xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz yollarla Azərbaycana daşınan və ərazimizdə basdırılan minaların qurbanı mülki vətəndaşlarımız və hərbi qulluqçularımız olur”. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, martın 4-də Qarabağ iqtisadi rayonunda baş vermiş mina partlayışı nəticəsində daha bir hərbi qulluqçumuz […]

Müharibə

MN: “Yaralanan hərbçilərimizə sülhməramlıların yardım göstərməsi xəbəri yalandır”

“İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.  “Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların “pasport və viza” xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir”, – nazirlikdən […]

Dünya

BAEA yenə Zaporojye AES-in ətrafında təhlükəsizlik zonası ilə bağlı danışdı

“Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyət orada təcili olaraq təhlükəsizlik zonasının yaradılmasına ehtiyac olduğunu göstərir”. Bu barədə Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (BAEA) Baş direktoru Rafael Qrossi deyib. “Mən hər iki tərəflə məsləhətləşmələrimi intensivləşdirdim və bu mühüm tədbirə gecikmədən nail olmaq üçün davamlı fəal dəstəyinizi gözləyirəm”, – deyə o bildirib. Xatırladaq ki, fevral ayında da Qrossi Zaporojye AES […]

Siyasət

Azərbaycan MN Rusiya tərəfinə ötən gün Qarabağda baş verən insidentlə bağlı cavab verib

“Təəssüf hissi ilə qeyd edirik ki, martın 6-da Rusiya Federasiyası Müdafiə Nazirliyi dünən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktları təhrif edib və həqiqəti əks etdirməyən məlumat yayılıb”. Bu sözlər Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, martın 5-də operativ məlumatlar əsasında Ermənistandan qanunsuz hərbi daşınmalar həyata keçirən erməni hərbi […]

Siyasət

İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi – VİDEO

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.  Prezident.az xəbər verir ki, təbrikdə deyilir: “Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram. Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin […]

Dünya

Yaponiyada yenə yüz minlərlə toyuq məhv ediləcək

Yaponiyanın Niiqata prefekturasında quş qripinin yayılması səbəbindən 680 min toyuq məhv ediləcək. Bu barədə ölkənin Kənd Təsərrüfatı, Meşə Təsərrüfatı və Balıqçılıq Nazirliyi xəbər yayıb. Bildirilib ki, quşların ölüm hallarının artması ilə bağlı araşdırma aparılıb və testlər quş qripini göstərib. “Bazar ertəsi genetik analiz yüksək patogen bir ştammın olduğunu təsdiqlədi. Bu, cari mövsümdə 78-ci haldır. 680 min […]

Cəmiyyət

Gəncədə pul qazanmaq istəyənlər dələduzluqla qarşılaşdılar – VİDEO

Gəncə sakinləri şirkət tərəfindən aldanıldıqlarını iddia edirlər. Belə ki, şəhərin Həsən Əliyev 104 ünvanında yerləşən “Instpower” şirkəti vətəndaşların pullarını mənimsəyir. “İki ay öncə 1200 manat pul qoymuşam, 400 manata yaxın pulu çəkə bildim. Pulun qalan hissəsinin proqram vasitəsi ilə geri qaytarılacağını bildirsələr də, bu, olmadı”, – deyə zərərçəkən İlqar Məmmədov qeyd edib. Daha ətraflı Baku TV-nin süjetində: […]

Siyasət

İrəvan yeni müharibə axtarışındadır? – VİDEO

Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Ermənistanın Azərbaycana qarşı davam edən təxribatları” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Oxu.Az xəbər verir ki, verilişdə Mətin Məmmədli (Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi), Çingiz Qənizadə (Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri), Mehmet Yüce (Uludağ Universitetinin professoru) və politoloq Zaur Məmmədov qonaq olublar. Qeyd edək ki, […]