İdman

Mbappe: “Əgər əvvəl kimsə mənə bu nailiyyəti qazanacağımı desəydi, ona inanmazdım”

Sharing is caring!

PSJ-nin forması ilə 201 dəfə fərqlənərək klubun tarixində ən çox qol vuran futbolçuya çevrilən Kilian Mbappe Paris klubundakı karyerasından danışıb.

Fransalı hücumçu bildirib ki, PSJ-də oynamaq onun üçün böyük üstünlükdür:

“Mən burada bir futbolçu kimi inkişaf etmiş, müsbətə doğru dəyişmişəm. Əgər kimsə mənə bu komandanın kapitanı statusunda klubun tarixində ən çox qol vuran futbolçu olacağımı söyləsəydi, buna inanmazdım”.

İstedadlı hücumçu vurğulayıb ki, əldə etdiyi bu uğur onun şəxsi nailiyyətdir, amma onun əsas niyyəti kollektiv məqsədlərə nail olmaqdır:

“Komanda yoldaşlarıma, məşqçilərimə, rəhbərliyə və azarkeşlərə təşəkkür edirəm”.

Mənbə: Rmc Sport

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir