Cəmiyyət

Abşeronda avtomobilin vurduğu şəxs 10 gün sonra ölüb

Sharing is caring!

Abşeronda avtomobilin vurduğu şəxs 10 gün sonra ölüb.

“Report”un xəbərinə görə, hadisə fevralın 23-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayon Müşfiqabad qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Beyləqan rayon sakini, 1968-ci il təvəllüdlü Hacıyev Namik Yusif oğlu idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, 1961-ci il təvəllüdlü Babayev Elşad Ənvər oğlunu vurub.

Nəticədə piyada E.Babayev xəsarət alıb. O, martın 5-də Kliniki Tibbi Mərkəzdə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir