Dünya

Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı – FOTO

Sharing is caring!

Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən 55 saat sonra 13 yaşlı qız dağıntılar altından xilas edilib.

Bu zaman yeniyetmənin əlində tutuquşu olub.

Xilasedicilər dağıntılar altından səs gəldiyini eşidərək axtarış-xilasetmə işlərinə başlayıblar. Təxminən üç saatdan sonra Berat adlı qızcığaza çata biliblər. Onun əlində tutuquşunun olduğunu görüblər.

Berat təcili yardım maşınına mindirildiyi zaman xalasını görüb və tibb işçilərindən dayanmalarını istəyib, əlindəki quşu xalasına verib.

Qızcığazın xalası quşu bağrına basıb, sonra ətrafdan tapdığı çörəklə bəsləyib və şüşə qapağından ona su içirdib.

Berat Sarı isə xəstəxanaya yerləşdirilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir