Cəmiyyət

Oğuzda köhnə qəbiristanlıqlarda olan ağaclar kəsilib – FOTO

Sharing is caring!

Oğuz rayonunun Muxas kəndi ərazisində yerləşən üç qədim qəbiristanlıqda ağaclar kəsilib. Ağacların kəsilməsi faktları kəndin girəcəyində olan iki qədim və kənddən uzaq məsafədə yerləşən və hazırda dəfnlərin icra olunmadığı qəbiristanlıq ərazisində qeydə alınıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, 18-i irigövdəli olmaqla, ümumi sayı 60-a yaxın olan ağacların qanunsuz olaraq kəsilməsi ehtimal olunur.

Muxas Kənd Bələdiyyəsinin sədri Ramiz Məmmədov ağacların kəsilməsi faktını təsdiqləyib. Onun sözlərinə görə, ağacların qanunsuz kəsilməsi ilə bağlı hüquq­-mühafizə orqanlarına məlumat verib:

“Mən faktı aşkarladıqda, dərhal polis şöbəsinə məlumat verdim. Hazırda bununla bağlı araşdırma aparılır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir