Cəmiyyət

Bakıda uşaq bağçasının sahibi ətrafdakı ağacları kəsdi

Bakı şəhərinin Nəsimi rayonu və Tovuz rayonunun Koxanəbi kəndi ərazisində ağacların kəsildiyi müəyyən edilib. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı Nəsimi rayonu, Ənvər İsmayılov küçəsi, “Yaşıl Ada” uşaq bağçasının ətrafındakı ağacların bağçanın sahibi Oktay Abutalıbov, Tovuz rayonunun Koxanəbi kəndi ərazisindəki ağacların isə kənd sakini Binnət Hüseynov tərəfindən kəsildiyi məlum olub: […]

Dünya

“Baykar”: “Selçuk Bayraktarın şəkillərindən istifadə edilərək yayılan elanlar saxtadır” – FOTO

“Baykar” şirkəti İdarə Heyətinin sədri Selçuk Bayraktarın fotoşəkillərindən istifadə edilərək yayımlanan elanların saxta olduğu barədə açıqlama yayıb. Açıqlamanın mətnində deyilir: “Bir müddətdir sosial mediada və bəzi internet saytlarında “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) adından və “Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktarın fotoşəkillərindən istifadə edilərək “investisiya imkanı” və “əlavə gəlir” başlıqları ilə yayımlanan elanlar açıq-aşkar saxtakarlıq cəhdidir. Bu […]

Cəmiyyət

Bakı məktəbləri yoxlanılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər keçirilir. İdarədən verilən xəbərə görə, monitorinqlərin təşkil olunmasının əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə tədrisin təşkili vəziyyətinin öyrənilməsi şagirdlərin dərsə davamiyyətinin yoxlanılmasından ibarətdir. Təhsil müəssisələrinin idarə olunması, tədris və təlim-tərbiyə prosesinin təşkilinin effektivliyinin […]

Siyasət

Sosial şəbəkələrdə narkotik vasitə satan şəxs saxlanıldı – Xəbərlərin 12:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Rəsmi Tehran səfirliyimizdə törədilən terrora nə vaxta qədər səssiz qalacaq? Məsələ beynəlxalq müstəvidə müzakirəyə çıxarıldı. İrandan gələn ağ ölümün ardı-arası kəsilmir. Sosial şəbəkələrdə narkotik vasitə satan daha bir şəxs saxlanıldı. Soğanın qiyməti əl yandırır. Bu məhsulun daha da bahalaşacağı ilə bağlı ekspertlər xəbərdarlıq etdilər. Daha ətraflı “BAKU NEWS”un 12:00 buraxılışında: […]

Cəmiyyət

Zaporojyedə gənc azərbaycanlıların meyitləri tapıldı

Ukraynanın Zaporojye vilayətinin hazırda işğal altda olan Toxmaq şəhəri ətrafında azərbaycanlıların meyitləri tapılıb. “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, meyitləri tapılan azərbaycanlılar 28 yaşlı Şahin Qarayev və 25 yaşlı Ruslan Alıyevdir. Onların hər ikisi Ukrayna vətəndaşlarıdır. Uzun zamandır itkin düşmüş hər iki azərbaycanlının meyitləri üzərində ciddi işgəncə əlamətləri olduğu bildirilir. Hazırda onların meyitlərinin azərbaycanlılar tərəfindən […]

Dünya

Xameneinin yaxın qohumu İrandakı mülklərini sataraq pullarını xaricə çıxarıb – FOTO

İranın ali dini rəhbəri ayətullah Xameneinin yaxın qohumu bu ölkədəki mülklərini sataraq pullarını xaricə çıxarıb.  “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə iranlı jurnalist Fərəhmənd Əlipur öz “Twitter” hesabında yazıb. “İran rəhbərinin oğlu Məsud Xameneinin qaynı və məşhur antikvar satıcısı Sadiq Xərrazi (“İran diplomatiyası” saytının təsisçisi) son bir neçə ayda İrandakı əmlakını və mülklərini […]

Kriminal

Sumqayıtda vətəndaşların bank kartlarından oğurluq edən qadın saxlanılıb

Sumqayıtda vətəndaşların bank kartlarından oğurluq edən qadın saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Sumqayıt şəhərində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 250 manatı ələ keçirib. Bu barədə kart sahibi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından […]

Siyasət

Azərbaycan və Səudiyyə Ərəbistanı XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Bakı şəhərində Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, Səudiyyə Ərəbistanı tərəfindən xarici işlər nazirinin müavini Vəlid bin Əbdülkərim Əl-Xureyci rəhbərlik ediblər. Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, enerji, […]

İqtisadiyyat

Mikayıl Cabbarov: “Şokolad istehsalı layihəsinə 300 min manat güzəştli kredit ayrılıb” – FOTO

“La Ran” MMC də ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit əldə etmiş müəssisələrdən biridir. Fondun 300 min manat güzəştli kredit ayırdığı şokolad istehsalı layihəsi Lənkəranda icra olunacaq”. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb. La Ran MMC də ötən il Sahibkarlığın İnkişafı Fondu (@sahibkarliq) tərəfindən #güzəştlikredit əldə etmiş müəssisələrdən biridir. […]

Cəmiyyət

“Ölümə yüyürənlər”in gətirdiyi bəla: Piyada günahkardırsa, sürücü niyə həbs olunur? – ARAŞDIRMA + FOTO

Azərbaycanda son illər yol-nəqliyyat hadisələrinin sayı artıb. Belə ki, baş verən hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı da çoxalıb. Yol-nəqliyyat hadisəsi zamanı piyadanın sürətli yolda qəfil sürücünün qarşısına çıxması nəticəsində onun gələcək həyatında çətinliklər yaranır. Belə ki, baş verən ölüm zamanı sürücü həbs edilir. Nəticədə sürücü həbs həyatı yaşayır və cəmiyyətə adaptasiya olmaqda çətinlik çəkir, iş […]