Cəmiyyət

Bakıda uşaq bağçasının sahibi ətrafdakı ağacları kəsdi

Sharing is caring!

Bakı şəhərinin Nəsimi rayonu və Tovuz rayonunun Koxanəbi kəndi ərazisində ağacların kəsildiyi müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı Nəsimi rayonu, Ənvər İsmayılov küçəsi, “Yaşıl Ada” uşaq bağçasının ətrafındakı ağacların bağçanın sahibi Oktay Abutalıbov, Tovuz rayonunun Koxanəbi kəndi ərazisindəki ağacların isə kənd sakini Binnət Hüseynov tərəfindən kəsildiyi məlum olub:

“Faktlarla bağlı akt tərtib edilib və hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir