Cəmiyyət

Sel sularından səmərəli istifadə mümkündürmü? – AÇIQLAMA + VİDEO

Sharing is caring!


Ölkə ərazisinə yağan güclü yağış bəzi bölgələrdə selə səbəb olub. 

Xezerxeber.az xəbər verir ki, anomal yağışlar davam edərsə, başqa çaylarda da sel gözləniləndir.

Mütəxəssislər bildirirlər ki, yağışın normadan artıq düşdüyü dövr əsasən yazın axırı, yayın əvvəlidir. Lakin bu dəfə, daha çox meşə yanğınlarından ehtiyat edilən dönəmdə əksinə yağışların çoxluğu gözlənilməz olub.

Coğrafiya institunun şöbə müdiri Ənvər Əliyevin sözlərinə görə, anomal yağışlar davam edəcəyi təqdirdə digər çaylarda da sel qaçılmaz olacaq.

Ənvər Əliyev bildirib ki, həm belə daşqınların qarşısını almaq, həm də sel sularından səmərəli istifadə üçün düzgün şəbəkə qurulmalıdır.

Bunun sayəsində həm az sulu çaylarda, kanallarda suyun səviyyəsini normada saxlamaq, həm də daşqınların qarşısını almaq olar.

Mütəxəssislər qeyd ediblər ki, ümumiyyətlə çaylarda və kanallarda suyun normal axını üçün həm təmizlik həm də beton divarlar şərtdir.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir