Dünya

“Baykar”: “Selçuk Bayraktarın şəkillərindən istifadə edilərək yayılan elanlar saxtadır” – FOTO

Sharing is caring!

“Baykar” şirkəti İdarə Heyətinin sədri Selçuk Bayraktarın fotoşəkillərindən istifadə edilərək yayımlanan elanların saxta olduğu barədə açıqlama yayıb.

Açıqlamanın mətnində deyilir:

“Bir müddətdir sosial mediada və bəzi internet saytlarında “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) adından və “Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktarın fotoşəkillərindən istifadə edilərək “investisiya imkanı” və “əlavə gəlir” başlıqları ilə yayımlanan elanlar açıq-aşkar saxtakarlıq cəhdidir.

Bu cəhdin saxtakarlıq olduğu TPAO tərəfindən də açıqlanıb. Sözügedən dələduzluq fəaliyyətinə qarşı lazımi hüquqi prosedurlar başladılıb və vətəndaşlarımıza zərər dəyməməsi üçün bu və buna bənzər dələduzluq fəaliyyətlərinə etibar edilməməsini xahiş edirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir