Dünya

Xameneinin yaxın qohumu İrandakı mülklərini sataraq pullarını xaricə çıxarıb – FOTO

Sharing is caring!

İranın ali dini rəhbəri ayətullah Xameneinin yaxın qohumu bu ölkədəki mülklərini sataraq pullarını xaricə çıxarıb.

 “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə iranlı jurnalist Fərəhmənd Əlipur öz “Twitter” hesabında yazıb.

“İran rəhbərinin oğlu Məsud Xameneinin qaynı və məşhur antikvar satıcısı Sadiq Xərrazi (“İran diplomatiyası” saytının təsisçisi) son bir neçə ayda İrandakı əmlakını və mülklərini sataraq pullarını Braziliyaya köçürüb”, – deyə o qeyd edib.

“Xərrazi bundan öncə də öz dostlarına ölkədə müharibə ehtimalının yüksək olduğunu demiş və pullarını İrandan çıxarmağı tövsiyə etmişdi”, – deyə Əlipur əlavə edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir