Cəmiyyət

Astara sakinindən 13 kq narkotik götürülüb – FOTO

Sharing is caring!

Astara sakininin evindən 13 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Ərçivan qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Emil Zərbiyev saxlanılıb.

Onun yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 25 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı E.Zərbiyevin üzərindən və yaşadığı evdən ayrı-ayrı bükümlərdə altı kiloqrama yaxın heroin, 6 kiloqram 481 qram tiryək, bir kiloqramdan artıq marixuana, 35 qram həşiş qətranı, 31 qram metamfetamin, əlavə olaraq ümumilikdə 68 ədəd narkotik və güclü təsir edən maddə tərkibli həblər və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir