Dünya

ABŞ İranın PUA istehsalçısının rəhbərliyinə qarşı sanksiya tətbiq edib

ABŞ hakimiyyəti İranın dron istehsalçısı “Paravar Pars” şirkətinin direktorlar şurasının üzvlərini sanksiyalar siyahısına əlavə edib. Bu barədə cümə günü ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. “Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC, məhdudlaşdırıcı tədbirlərin icrasına cavabdehdir – red.) İranda yerləşən “Paravar Pars” şirkətinin səkkiz rəhbər işçisini reyestrinə daxil edib”, – məlumatda bildirilib. Qeyd edək ki, […]

Dünya

İtalyan mafioz 16 ildən sonra tutuldu

İtaliyada mühakimə olunan və bir neçə il Fransada özünü aşpaz kimi təqdim edən mafiya başçısılarından biri Edqaro Qreko 16 illik axtarışlardan sonra həbs edilib. O, 2006-cı ildən iki qardaşın qətlinə və 1991-ci ildə başqa bir adamı öldürməyə cəhdə görə axtarışda idi. İtaliyanın “Ndranqete” mafiyasına məxsus ömürlük həbs edilən qatil Fransanın Sent-Etyen şəhərində saxlanılıb. 63 yaşlı […]

İdman

Polşa Olimpiadanı boykot edə bilər

Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski RMF radiostansiyasının efirində bəyan edib ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarının yarışlarda iştirakına icazə verərsə, 2024-cü il Olimpiya Oyunları boykot edilməlidir. “Əgər Rusiya və Belarus idmançıları 2024-cü il Olimpiya Oyunlarına buraxılarsa, biz bu oyunları sadəcə olaraq boykot etməliyik. Belə oyunlarda iştirak etməməliyik. Bu, BOK-a göstərməli […]

Cəmiyyət

Bakıda minik avtomobilləri toqquşdu: Ölən var

Bakıda minik avtomobilləri toqquşub, bir nəfər ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” və “Kia” markalı iki minik avtomobili toqquşub, bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində həmin şəxsin meyiti zədələnmiş nəqliyyat […]