Cəmiyyət

Bakıda minik avtomobilləri toqquşdu: Ölən var

Sharing is caring!

Bakıda minik avtomobilləri toqquşub, bir nəfər ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” və “Kia” markalı iki minik avtomobili toqquşub, bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində həmin şəxsin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir