Dünya

ABŞ vətəndaşlarına səsləndi: “Ukraynanı tərk edin!”

Sharing is caring!

ABŞ-ın Ukraynadakı səfirliyi öz vətəndaşlarını raket zərbələri təhlükəsi fonunda Ukraynanı tərk etməyə çağırıb.

Bu barədə ABŞ Departamentinin saytında məlumat verilib.

“Dövlət Departamentində Rusiyanın yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə zərbələr endirmək üçün səyləri gücləndirdiyi barədə məlumat var”, – səfirliyin bəyanatında qeyd edilir.

Qurum amerikalıları qətiyyətlə Ukraynanı tərk etməyə, əgər təhlükəsiz olarsa, şəxsi yerüstü nəqliyyatdan istifadə etməyə çağırıb.

“Ukraynada təhlükəsizlik vəziyyəti çox dəyişkəndir və xəbərdarlıq edilmədən vəziyyət daha da pisləşə bilər. ABŞ vətəndaşları ayıq-sayıq olmalıdırlar”, – deyə səfirlikdən əlavə edilib.

ABŞ vətəndaşlarına həmçinin ən yaxın sığınacaqların və bomba sığınacaqlarının yerlərini əvvəlcədən öyrənmələri tövsiyə olunub.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın Ukraynada dövlət binalarını vuracağı ilə bağlı ABŞ kəşfiyyatının xəbəri yayılıb.

Mənbə: Segodnya.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir