Dünya

ABŞ İrandan Yəmənə qaçaqmalçılıq yolu ilə daşınan silahları müsadirə etdi – FOTO

İrandan Yəmənə qaçaqmalçılıq yolu ilə silah-sursat daşınmasının qarşısı alınıb. Bu barədə “Azad İran” “Telegram” kanalı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi açıqlamaya istinadla bildirib. Məlumata görə, Oman körfəzində 15 yanvarda başlayan əməliyyatda Yəmənə qeyri-qanuni nəql olunan İrana məxsus üç mindən çox tüfəng, 578 min güllə və 23 tank əleyhinə idarə olunan raket aşkar edilərək müsadirə olunub. […]

Siyasət

Fatih Dönməz Bakı ilə bağlı paylaşım edib: “Qardaşlığın enerjisi” – VİDEO

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz “Twitter” hesabında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirdiyi rəsmi görüşləri ilə bağlı paylaşım edib. Nazir Azərbaycan mahnısının ifa olunduğu, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində görüşləri əks etdirən videoçarxı “Qardaşlığın enerjisi” adıyla paylaşıb. Kardeşliğin enerjisi ??-?? pic.twitter.com/8JPD1kUoWJ — Fatih Dönmez (@fatih_donmez) February 4, 2023   […]

İdman

Azərbaycan güləşçisi Xorvatiyada beynəlxalq turnirdə qızıl medal qazanıb – FOTO

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirinin 4-cü günündə Azərbaycan güləşçisi Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycan Güləş Federasiyasından bildirilib ki, təcrübəli yunan-Roma güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb. Qeyd edək ki, yarışın 4-cü günündə 3 güləşçimiz mübarizə aparıb. Qadın güləşi 53 kq Təsnifat […]

Cəmiyyət

Peyvənd xofu nədən qaynaqlanır? – SƏBƏBLƏR + FOTO

Övladları dünyaya gəldikdən sonra peyvənd vurdurmamaq üçün dava edən valideynlər də var. Peyvənd xofunun nə qədər kəskin olduğunu pandemiya dönəmində də gördük. “Bizə çip taxırlar”,  “Vaksinlərlə əhalinin sayını azaldacaqlar”, “Vaksin sonsuzluğa aparır”, “Qəsdən kökümüzü kəsirlər”, “Peyvənd yaxşı olsaydı, pulsuz olmazdı” kimi fikirlərlə çarpışmağımızdan çox vaxt keçməyib. Ətrafımızda peyvəndə qarşı çıxan, ondan qorxan insanlar az deyil. […]

Cəmiyyət

Danimarkalı səyyah: “Şuşada doğulmuş mədəniyyət xadimləri haqqında oxumuşam”

“Şuşaya gəlməzdən öncə şəhərin tarixi haqqında oxudum”. APA xəbər verir ki, bunu azad edilmiş ərazilərə səfər edən Danimarkadan olan səyyah Maqnus Nilsen Şuşa qalasına səfərində jurnalistlərə açıqlamasında deyib. O, şəhərin mədəniyyət xadimləri haqqında da məlumatlı olduğunu bildirib. “Xüsusən də burada doğulmuş şair, musiqiçilərin həyatı barədə məlumatlarla tanış oldum. Mənim üçün həqiqətən də Cıdır düzündə və […]

Cəmiyyət

Hindistanda azərbaycanlı gənc Beynəlxalq Gənc Aşpazlar Olimpiadasının qalibi oldu

Hindistanda Beynəlxalq Hotel İdarəetmə İnstitutunun təşkilatçılığı ilə “Beynəlxalq Gənc Aşpazlar Olimpiadası 2023” (Young Chef Olympiad 2023) başa çatıb. AZƏRTAC xəbər verir ki, 55 ölkədən gənc aşpazların iştirak etdiyi müsabiqənin qalibi Azərbaycan təmsilçisi Emil Zeynalzadə olub. Olimpiada iştirakçıları Qoa şəhərində ilk turda mübarizə aparıb. Ən uğurlu 10-luq siyahısına düşən komandalar Kolkata şəhərində final mərhələsində yarışıblar. Gənc […]

Dünya

Messinin möhtəşəm qolu PSJ-yə qələbə gətirdi – VİDEO

Futbol üzrə Fransa çempionatının 22-ci turunda PSJ evdə “Tuluza”nı qəbul edib. Oyun Paris klubunun qələbəsi ilə bitib. Argentinalı ulduz futbolçu Lionel Messi oyunun ikinci hissəsində topa mükəmməl zərbə vuraraq komandasına qələbə qazandırıb. PSJ – “Tuluza” – 2:1 Qollar: Van der Bomen, 20 (0:1), Hakimi,38 (1:1), Messi,58 (2:1) Qeyd edək ki, 54 xalı olan PSJ hazırda […]

Cəmiyyət

ABŞ İrana görə Çinə sanksiya tətbiq etməyə hazırlaşır – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Beynəlxalq səyyahlar Füzulidə minatəmizləmə əməliyyatlarını izlədi. Amerika Birləşmiş Ştatları İrana görə Çinə sanksiya tətbiq etməyə hazırlaşır. Bu ölkəyə qarşı hansı qadağalar qüvvəyə minəcək? SİNX: “Evimizin tavanı gəlib yerə, 10 baş adamıq, bir çadıra sığmırıq”. İran hökümətinə etiraz edən azyaşlı həqiqətləri danışdı Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Bakıda qadının içərisində 700 manat olan çantası oğurlandı

Bakıda qadına qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Yasamal rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 700 manatı olan çantasının soyğunçuluq yolu ilə talanması barədə 29-cu Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Zərdab rayon sakini Ə.Mahmudov müəyyən olunaraq saxlanılıb. Xeberal.az

Cəmiyyət

Sərnişin avtomobildə siqaret çəkdi, cərimə taksi sürücüsünə yazıldı – FOTO/VİDEO

Taksi sürücüsü avtomobilində tütün çəkilməsinə görə 40 manat cərimələnib. Üstəlik, maşında siqareti o yox, sərnişini çəkib. Cəriməsi isə sürücüyə yazılıb. “Xezerxeber” xəbər verir ki, cərimə protokolunun fotosu sosial şəbəkələrdə də yayılıb. Ümumiyyətlə, son günlər nəqliyyat vasitəsində siqaret çəkilməsinə görə cərimələnən sürücülərin sayı artıb. Sərnişinin əvəzinə sürücünün cərimələnməsi isə taksi sürücülərini ziyana salır. Ancaq onlar müştərini […]