Şou-Biznes

Fatma Mahmudova da estetik əməliyyat etdirdi – VİDEO

Tanınmış aktrisa Fatma Mahmudova estetik əməliyyat keçirib. Lent.az xəbər verir ki, o, bu barədə "Elgizlə izlə" verilişində danışıb.  Aktrisa imicində etdirdiyi dəyişikliyi nümayiş etdirərək, "Səhnə və efir gözəllik tələb edir. Səhnə adamları, yaradıcı insanlar istəyirlər ki, tamaşaçı həmişə onları gözəl şəkildə görsün. Hələ dodağımda və üzümdə dəyişikliklər etməyə başlamışam. Yavaş-yavaş başqa əməliyyatlar da olacaq", – o […]

Dünya

Rio-de-Janeyro hava limanında güclü yanğın baş verib

Çərşənbə günü Braziliyanın Rio-de-Janeyro Beynəlxalq Hava Limanının yük terminalında güclü yanğın baş verib. Bu barədə şəhərin operativ qərargahı məlumat yayıb. Sosial mediada paylaşılan görüntülərdə hava limanı ərazisindəki binadan qatı qara tüstünün qalxdığı görünür. Yanğının söndürülməsi üçün hadisə yerinə 9 yanğınsöndürmə bölməsinin avtomobilləri və mütəxəssisləri göndərilib. Həlak olanlar və yaralananlar barədə hələlik məlumat yoxdur. Aeroport normal […]

Siyasət

Davos İqtisadi Forumu davam edir – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Davos İqtisadi Forumu davam edir. Prezident İlham Əliyev Latviyalı həmkarı ilə görüşdü. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanla sərhədə missiya göndərir? Sergey Lavrovdan açıqlama. Bayraktar pilotsuz uçuş aparatlarına sahib olmaq istəyənlərin sayı artır. Qardaş Türkiyə daha bir ölkə ilə ixrac müqaviləsi imzaladı. Qazaxıstan Rusiyadan axının qarşısını almağa çalışır. Miqrasiya qaydaları sərtləşdirilir. […]

Dünya

İranda qazın kəsilməsi ilə mənfi 20 dərəcədə acınacaqlı vəziyyət yaşanır – FOTO

İranın Sistan və Bəluçestan əyalətindən tutmuş Gülüstan və Şimali Xorasan əyalətlərinə qədər bir çox bölgəsində qazın kəsilməsi əhalini acınacaqlı vəziyyətə salıb. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, hökumət bir sıra idarə, mərkəz və iş yerlərini bağlamaqla qaz çatışmazlığını kompensasiya etməyə çalışır. ISNA xəbər ajansının hesabatına əsasən, yanvarın 18-də Sistan və Bəluçestan əyalətinin […]

Cəmiyyət

Qəbula gələn müəllim Təhsil İdarəsində öldü – FOTO

Şəmkirdə yerləşən Qazax-Tovuz Regional Təhsil İdarəsində ölüm hadisəsi baş verib.  “Qafqazinfo”nun məlumatına görə, Tovuz rayon sakini, təhsil sektorunun metodisti Elçin Abdıyev işdən çıxarılmasına görə RTİ-nin müdiri Arslan Hacıyevin qəbuluna gələrək narazılığını ifadə edib. Daha sonra E.Abdıyev yerə yıxılılıb və bir neçə dəqiqə sonra vəfat edib.  RTİ-dən “Qafqazinfo”ya bildirilib ki, bu gün idarə müdirinin vətəndaş qəbulu […]

Şou-Biznes

Britni Spirs canlı yayımda döymə etdirdi – FOTO

Sosial media paylaşımları ilə gündəmdə qalmağa çalışan məşhur müğənni Britni Spirs növbəti dəfə qəribə addım atıb.  Lent.az xəbər verir ki, o, "Instagram" hesabında canlı yayım açaraq bədəninə onuncu döyməsini etdirib. Sonra müğənni döymənin uğursuz alındığını deyib.  O, canlı yayımı səhifəsinə yükləyib, videonu 120 min nəfər bəyənib. 

Cəmiyyət

Bakıda marşrut avtobusu yandı

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində avtobus yanıb. Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, yanvarın 18-də axşam 21:10 radələrində “Manella” MMC-nin istismarında olan 163 nömrəli müntəzəm marşrut xətti üzrə 77-JA-185 DQN-lı sərnişin avtobusunda yanğın olub. Yanğın nəqliyyat vasitəsinin mühərrik hissəsindəki qısaqapanma nəticəsində əmələ gəlib. Qeyd olunub ki, agentliyin əməkdaşları dərhal yanğınsöndürmə vasitələrindən istifadə […]

İdman

“Barselona” Atletiko” ilə Depayın transferini razılaşdırıb

Hücumçu Memfis Depay “Barselona”dan “Atletiko”ya (Madrid) keçməyə yaxındır. İddiaya görə, transfer yaxın saatlarda baş tutacaq. Bildirilir ki, tərəflər bu gün prinsipial razılığa gəliblər. Madrid klubu hücumçu üçün 3-5 milyon avro ödəyəcək. Futbolçu ilə müqavilə 2025-ci ilə qədər nəzərdə tutulub. Qeyd edilir ki, niderlandlı İspaniya kubokunda “Seuta” ilə oyuna hazırlaşan katalonların məşqini buraxıb. Bunun klubun icazəsi […]

Cəmiyyət

Jurnalist Cəmil Məmmədli sərbəst buraxıldı

Jurnalist Cəmil Məmmədli sərbəst buraxılıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib. Məlumata görə, Məmmədli Cəmil Qiyas oğlunun barəsində həbs növü olmayan, başqa yerə getməmək qəti intizam tədbiri seçilib. Qeyd edək ki, C.Məmmədli 15 dekabr 2022-ci ildə rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına  nalayiq ifadələr işlədərək […]

Siyasət

Ceyhun Bayramov Yunanıstanın yeni səfiri ilə görüşüb – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yunanıstan Respublikasının Azərbaycanda yeni səfiri Kristo Kapodistria ilə görüşü baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov səfir Kristo Kaposdistrianı təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə ikitərəfli əməkdaşlıq […]