Cəmiyyət

16 yaşında qaçırdığı arvadını küçədə öldürən şəxsin cəzası bəlli oldu

Balakəndə 2001-ci il təvəllüdlü arvadı Emilya Əbdürrəhmanovanı küçədə bıçaqlayaraq qətlə yetirən 28 yaşlı Elton Layicovun məhkəmə prosesi başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, E.Layıcov 12 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verməkdən imtina edib. O, arvadının xəyanətindən şübhələndiyi üçün bu addımı atdığını bildirib. Qeyd edək ki, hadisə […]

Siyasət

Ermənistanın Mehridə törətdiyi cinayətlər – VİDEO

Qərbi Azərbaycanın Mehri şəhəri mədəni irsimizin ən çox erməni vandalizminə məruz qalan ərazilərindən biridir. Ermənilər Mehridə karvansara, hamam, məscid və 100-dən çox yaşayış evlərini, inzibati binaları, tarix və mədəniyyət abidələrini təmamilə dağıdaraq yararsız hala salıblar. Professor Faiq İsmayılov Azərbaycanın mədəni irs nümunələrinin bu ərazilərdə ermənilər tərəfindən məhv edildiyini qeyd edib. Baku TV-nin mövzu ilə bağlı hazırladığı […]

Dünya

İranda şəhər başçısı soyuqdan donan əhaliyə qaz əvəzinə “salavat” verdi – VİDEO

İranda şəhər başçısı soyuqdan donan əhaliyə qaz əvəzinə “salavat” verib. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, Türbət-Cam şəhərinin əhalisi valiliyinin qarşısında toplaşaraq deyib: “Üç günlük uşaq soyuqdan öləcək, biz nə edək? Sizin öz arvad-uşaqlarınız nə edir?” Şəhər başçısının kəskin soyuqda qazın olmamasına etiraz edən qəzəbli insanların bir yerə toplaşmasına cavabı isə belə olub: “Salavat […]

Dünya

Türkiyə Qara dənizdəki yataqdan qazın nəqli üçün qaz kəmərinin tikintisini başa çatdırıb – FOTO

Türkiyə Qara dənizdəki böyük Sakarya yatağından qazın tədarükü üçün nəzərdə tutulan Qaz Ölçmə Stansiyasının (QİS) tikintisini başa çatdırıb. Eləcə də bu stansiyanı qazpaylayıcı sistemlə birləşdirən boru xəttinin çəkilməsi işləri də tamamlanıb. Bu barədə BOTAŞ şirkətindən məlumat verilib. İstehlakçılar sahildən təxminən 170 kilometr məsafədə yerləşən bu yataqdan artıq cari ilin birinci rübündə qaz əldə edə biləcəklər. […]

İdman

“Liverpul”un oyununda ətrafa qaranlıq çökdü – VİDEO

İngiltərə Kubokunun 3-cü turunun təkrar oyununda “Liverpul” “Vulverhempton”la qarşılaşıb. Matçın ilk saniyələrində maraqlı anlar yaşanıb. Belə ki, “canavarlar”ın hücumçusu Adama Traore rəqib müdafiəsini yararkən arenada işıqlar sönüb. Futbol oyunlarında olduqca nadir hallarda rast gəlinən hadisə cəmi bir neçə saniyə çəksə də, matça öz damğasını vurub. Xeberal.az

Dünya

Atlantik okeanı qayıqla təkbaşına keçən ilk türk qadın – VİDEO

Yelkənli idman üzrə türkiyəli idmançı Başak Mireli Atlantik okeanı təkbaşına, qayıqla keçən ilk türk qadın olub. Dekabrın 23-də yola düşən Mireli yanvarın 16-da Fransanın Karib dənizindəki xarici əyalətlərindən biri olan Martinikaya çatıb. 13 yaşından yelkənli idmanla məşğul olan Mireli həyat yoldaşı ilə birlikdə dünya turuna çıxıb. O, Atlantik okeanı tək keçib. Mireli bu keçidi heç bir yerə […]

Dünya

İranlı idmançı tənqidi paylaşımına görə həbs edildi – FOTO

İranlı idmançı tənqidi paylaşımına görə həbs edilib. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, Molla Respublikasının Məhkəmə Hakimiyyəti İranın voleybol üzrə milli yığmasının keçmiş oyunçusu Fərhad Zərifin tənqidi paylaşım etməsini cinayət hesab edərək onun həbsinə qərar qərar verib. Fərhad Zərif İslam Peyğəmbərinin qızı Həzrət Fatimənin (s) doğum gününün Analar Günü adlandırılmasını tənqid edib […]

Siyasət

Naxçıvanda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il noyabrın 26-da imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb. […]