“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində avtobus yanıb.
Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Yanğın nəqliyyat vasitəsinin mühərrik hissəsindəki qısaqapanma nəticəsində əmələ gəlib.
Qeyd olunub ki, agentliyin əməkdaşları dərhal yanğınsöndürmə vasitələrindən istifadə etməklə alovun qarşısını alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Qısa vaxtda yanğın tam söndürülüb.
Məlumata görə, hadisə nəticəsində hər hansı bir xəsarət alan olmayıb. Yanğın hadisəsi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətinə təsir etməyib, müntəzəm marşrut xətləri üzrə avtobusların qrafikə uyğun hərəkəti təmin edilib.
Xeberal.az