Dünya

Asiya ölkələri Ay təqvimi ilə Yeni ilə hazırlaşırlar – FOTO

Asiya qitəsində yerləşən bir sıra ölkələrdə Ay təqviminə görə qeyd edilən Yeni ilin hazırlıqlarına başlanılıb. Çin, Vyetnam kimi Asiya ölkələrində Qara Su Dovşanı ili 21-22 yanvar tarixlərində daxil olur. Ay təqviminə görə qeyd edilən Yeni il Sinqapur, Malayziya, İndoneziya, Tailand və Yaponiyada da kütləvi şəkildə qeyd olunur. Astroloqlar bildirirlər ki, Dovşan ili dəyişiklik ili hesab olunur. Astroloqların […]

Siyasət

Yaqub Eyyubovun oğlunun bankdakı bir milyard dolları donduruldu

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlunun hesabına stop qoyulub.   “Unikal”ın əldə etdiyi məlumata görə, Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsait dondurulub. Xatırladaq ki, Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsidir. O hərbi təlimlərdə, eləcə […]

Cəmiyyət

Masallıda şagird məktəbin üçüncü mərtəbəsindən yıxıldı

Yanvarın 16-da saat 13:00 radələrində Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin IX sinif şagirdi M.F.qızı məktəbin 3-cü mərtəbəsindən yıxılması nəticəsində xəsarət alıb. “Report”un məlumatına görə, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O, qeyd edib ki, hazırda xəstənin vəziyyəti sabitdir və xəstəxanada şagirdə Elm və Təhsil nazirinin müşaviri […]

Cəmiyyət

Qucağında gəzdirdiyi ərinə ev verildi: “Deyirlər, şikəstdən istifadə edirsən” – VİDEO

“Baku TV”nin efirində yayımlanan verilişdən sonra qısa zamanda izləyicilərin diqqətini çəkən, böyük marağa səbəb olan Birinci Qarabağ Müharibəsi qazisi Elnur Əfəndiyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ev verilib. Sözügedən kanalda efirə gedən “Arzunun vaxtı” verilişinin aparıcısı E.Əfəndiyevin evində olub. Qeyd edək ki, E.Əfəndiyevin xanımının fiziki məhdudiyyətli həyat yoldaşını qucağında gəzdirdiyi görüntüsü ilə gündəm olmuşdu. Qazinin xanımı […]

Siyasət

Əyləş, Ermənistan, yenə də “iki” – indi də statistikaya görə

2020-ci ildə sarsıdıcı hərbi məğlubiyyətə uğrayan Ermənistanın pandemiyadan sonra iqtisadiyyatını dirçəltmək üçün bütün cəhdlərə baxmayaraq, “islahatçılar” hökuməti 30 ildir ölkənin regionda təsərrüfat və infrastruktur məkanına tam inteqrasiyasına mane olan köhnə maneələri dəf edə bilməyib. Ermənistanın regional əmək bölgüsü sisteminə cəlb edilməməsi, nəqliyyat qovşaqlarına və əlçatan enerji mənbələrinə çıxışın olmaması, Türkiyə və Azərbaycanla diplomatik və ticari-iqtisadi əlaqələri normallaşdırmaq […]

Dünya

İsveçin baş naziri: “Stokholm Ankara ilə uğurlu danışıqlar aparır”

İsveçin baş naziri Ulf Kristersson bazar ertəsi bildirib ki, Stokholm Şimali Atlantika Alyansına qoşulmaq üzrə Madrid Memorandumuna sadiq qalmağa davam edir və bu məsələdə Ankara ilə uğurla danışıqlar aparır. Baş nazirin sözlərinə görə, İsveç və Finlandiya Madriddə Türkiyə ilə imzalanmış razılaşmalara əsasən üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirirlər. Qeyd edək ki, mayın 18-də İsveç və Finlandiya NATO-ya […]

Cəmiyyət

Psixoloji reabilitasiya imkanlarının artırılması layihəsi çərçivəsində növbəti təlimlərə başlanıldı – FOTO

ABŞ-da təsis edilmiş “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının şəhid ailələrinin üzvləri və qazilərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirdiyi layihələr davam edir.  Oxu.Az xəbər verir ki, ölkəmizdə müharibə iştirakçılarının, şəhid ailə üzvləri və qazilərin psixoloji reabilitasiyası istiqamətində dünyanın ən qabaqcıl təcrübəsini öyrənmək, bu sahədə mötəbər qurumlarla əməkdaşlıq qurmaqla dövlətimizin bu istiqamətdə gördüyü işlərə yaxından dəstək vermək, […]

Mədəniyyət

Azərbaycan Fransada beynəlxalq festivalda təmsil olunacaq

Azərbaycan Fransada beynəlxalq festivalda təmsil olunacaq. “Report” xəbər verir ki, “Dünya ətrafında” adlanan festival 24-27 yanvar tarixlərində Fransanın Lil şəhərində baş tutacaq. Festivalda Azərbaycanı tanınmış caz ustası Etibar Əsədli təmsil edəcək. Tədbir zamanı filmlər də nümayiş olunacaq, görüş və debatlar təşkil olunacaq. Xeberal.az

Dünya

Kikabidze ilə vida mərasimi yanvarın 17 və 18-də keçiriləcək

Yanvarın 15-də dünyasını dəyişən tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze ilə vida mərasimi yanvarın 17 və 18-də Tbilisinin mərkəzindəki Kaşveti kilsəsində keçiriləcək. Bu barədə bazar ertəsi opera müğənnisi və Kikabidzenin dostu Paata Burçuladze məlumat verib. “Kikabidzenin ailə üzvləri məndən bildirməyimi istədilər ki, yanvarın 17 və 18-də Kaşvetidə vida mərasimi olacaq. Onun tabutu Filarmoniyanın böyük konsert […]