Dünya

Kikabidze ilə vida mərasimi yanvarın 17 və 18-də keçiriləcək

Sharing is caring!

Yanvarın 15-də dünyasını dəyişən tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze ilə vida mərasimi yanvarın 17 və 18-də Tbilisinin mərkəzindəki Kaşveti kilsəsində keçiriləcək.

Bu barədə bazar ertəsi opera müğənnisi və Kikabidzenin dostu Paata Burçuladze məlumat verib.

“Kikabidzenin ailə üzvləri məndən bildirməyimi istədilər ki, yanvarın 17 və 18-də Kaşvetidə vida mərasimi olacaq. Onun tabutu Filarmoniyanın böyük konsert zalından götürüləcək”, – Burçuladze “Mtavari Arkhi” telekanalının efirində bildirib.

Xatırladaq ki, bazar günü Kikabidzenin meneceri Rati Abzianidze aktyorun yanvarın 19-da aktyorun həyat yoldaşı və anasının dəfn olunduğu Tbilisidəki Vera qəbiristanlığında dəfn ediləcəyini qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir