Dünya

Son iki ildə dünya əhalisinin 1%-i sərvətini iki dəfə artırıb

Britaniyanın “Oxfam” xeyriyyə təşkilatının hazırladığı hesabata görə, dünya sakinlərinin yalnız 1%-i 2020-ci ildən bu yana bütün dünya əhalisi ilə müqayisədə təxminən iki dəfə çox sərvət toplayıblar. İki il ərzində ən zənginlər 26 trilyon dollar qazandıqları halda, əhalinin qalan 99%-nin gəliri 16 trilyon dollar olub. Beləliklə, pandemiyanın başlanmasından bəri dünya sərvətinin yarıdan çoxu (42 trilyon dolları) […]

İdman

“Qarabağ” italiyalı hücumçu ilə maraqlanır

“Qarabağ” İtaliyanın “Audako Çerinyola” komandasında çıxış edən futbolçu Cankarlo Malkore ilə maraqlanır. “Report”un məlumatına görə, bu barədə tanınmış jurnalist Nikola Skira öz saytında yazıb. O bildirib ki, 30 yaşlı forvard Azərbaycan çempionu ilə yanaşı, İtaliyanın SPAL, “Modena”, Kiprin “Apollon” (Limassol) və Rumıniyanın ÇFR klublarının da diqqət mərkəzindədir. Qeyd edək ki, “Leççe”nin yetirməsi olan Cankarlo Malkore 2020-ci ildən […]

Dünya

Rusiya raketinin qalıqları Rumıniya çimərliyində tapıldı

Rumıniyanın Konstansa vilayətinin çimərliyində “Pantsir-S1” hava hücumundan müdafiə raket kompleksinin fraqmenti aşkar edilib. Raket hissəsi Dobruca Fövqəladə Hallar Müfəttişliyinin istehkamçıları tərəfindən Qara dəniz sahilində tapılıb. Məlumata görə, Rumıniya Müdafiə Nazirliyinin mütəxəssisləri raketin qalıqlarını tədqiq edəcəklər. Ehtimallara görə, bu, İlan adası uğrunda gedən döyüşlərdə istifadə edilən “Pantsir-S1” raketinin sürətləndiricisidir. Bu fraqment hazırda heç bir təhlükə yaratmır. […]

Cəmiyyət

DİN jurnalistin saxlanılması xəbərini təkzib etdi

Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədlinin saxlanılması ilə bağlı məlumat yayılıb. APA xəbər verir ki, yayılan məlumatda jurnalistin Xaçmaz Rayon Polis Şöbəsində hələ ki bilinməyən səbəbdən saxlanıldığı qeyd olunub. Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupu tərəfindən isə Cəmil Məmmədlinin saxlanılması ilə bağlı məlumat təkzib edilib. İddiaların əsassız olduğu bildirilib. Xeberal.az

Şou-Biznes

Bir-birlərinə çox bənzəyən 20 Hollivud ulduzu

Dünya şöhrətli aktyor və aktrisalar arasında bir-birilərinə bacı-qardaş qədər bənzəyənlər var.  Lent.az oxşar ulduzları təqdim edir. Natali Portman və Kira Naytli Marqo Robbi və Samara Uyvinq Kristi Elli və Ferqi Kristian Klavye və Dastin Hoffman Cenifer Kulic və Rene Zelveger Deniel Dey Lyuis və Cenifer Konneli Henri Kavill və Heyden Kristensen Teylor Lotner və Kris […]

Mədəniyyət

Zirədə yerləşən, təmirə ehtiyacı olan tarixi evlərdən FOTOREPORTAJ

Zirə qəsəbəsinin qışlaq yaşayış sahəsində təmirə ehtiyacı olan tarixi evlər var. Dübəndi kəndində 2-3 əsr öncə yerli sakinlərin sığınacağına çevrilən evlər var. Kənd sakinləri sözügedən tarixi tikililərin qeyri-adi olduğunu və tikilidən bir daş çıxartdıqda sonra onu təkrar yerinə qoymağın mümkün olmadığını bildiriblər. PhotoStock.az-ın sözügedən ərazidən hazırladığı fotoreportajı təqdim edirik: Daha çox şəkil burada: Photostock.az Xeberal.az

İqtisadiyyat

Macarıstan Azərbaycan qazı üçün Türkiyə ilə danışıqlara başlayıb

Macarıstanın MVM şirkəti Azərbaycan qazı, eləcə də Türkiyənin dəniz limanlarına çatdırılan mayeləşdirilmiş təbii qaz (LNG) vasitəsilə tədarükünü genişləndirmək məqsədilə Türkiyədən olan tərəfdaşlarla kommersiya danışıqlarına başlayıb. Bu barədə bazar ertəsi Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. Macarıstan […]

Dünya

“Vaqner”in yüksək rütbəli komandiri Norveçə qaçaraq sığınacaq istəyib

Norveç hakimiyyəti özünü “Vaqner” hərbi dəstəsinin keçmiş yüksək rütbəli üzvü kimi təqdim edən Rusiya vətəndaşından sığınacaq sorğusu alıb. Məlumata görə, Norveç miqrasiya departamenti həmiin şəxsin Andrey Medvedev olduğunu bildirib. Bu adın onun əsl adı olub-olmadığı məlum deyil. Norveç tərəfi təhlükəsizliklə bağlı narahatlığı əsas gətirərək başqa təfərrüatları açıqlamağa razı olmayıb. Vəkil Bryunulf ​​Risnes, öz növbəsində, Medvedyevin […]