Cəmiyyət

Bakıda dayısına qarşı 1,4 milyonluq dələduzluq edən şəxs yenidən hakim qarşısına çıxarılır

Bakıda dələduzluqda təqsirləndirilən Orxan Məhərrəmovun barəsindəki hökmdən kassasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir. Şikayət hakim İlkin Rəcəbovun icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Orxan Məhərrəmovun […]

Cəmiyyət

Gəncədə qadın ikinci mərtəbədən yıxıldı

Gəncədə qadın yıxılaraq xəsarət alıb. Oxu.Az xəbər verir ki, 1987-ci il təvəllüdlü şəhər sakini G.Abdullayeva kirayə yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb. Qadın sol dirsək və sol bilək oynaqlarının açıq sınığı xəsarətləri alıb və xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir. Samir İsayev Xeberal.az

Cəmiyyət

Bakıda qatar avtomobillə toqquşdu: Xəsarət alan var

Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Qala qəsəbəsində şlaqbaumsuz dəmiryol keçidində olub. Yük qatarı 1963-cü il təvəllüdlü Kərimov Aydın Kamil oğlunun idarə etdiyi VAZ-2107 markalı nəqliyyat vasitəsini vurub. Zərbənin təsirindən avtomobil bir neçə metr kənara aşıb. Qəza nəticəsində A.Kərimov bədənin müxtəlif sahələrindən ağır sınıq xəsarətləri alıb. Yaralı təcili tibbi yardım […]

Cəmiyyət

Xankəndi yolundakı aksiya 36 gündür davam edir – FOTO

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz altı gündür davam edir. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Gənc fəallar gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər. […]

Cəmiyyət

Ermənistanla Rusiya arasında münasibətlər gərginləşir – Xəbərlərin 09:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Ermənistanla Rusiya arasında münasibətlər gərginləşir. 102-ci hərbi bazanın bağlanması üçün aksiya keçirildi. “Hamı Rusiyanın üzərinə getsə də, biz bunu etmədik”. Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya-Ukrayna müharibəsində tutduğu mövqedən danışdı.  Yüksək sürət daha bir can aldı. Mehdiabadda ağır yol-nəqliyyat hadisəsi baş verdi. Daha ətraflı BAKU NEWS-un 09:00 buraxılışında: Xeberal.az

Dünya

“SpaceX” gizli missiya üçün hərbi peykləri orbitə çıxaracaq

ABŞ-nin “SpaceX” kosmik şirkəti yanvarın 16-da gizli hərbi peykləri olan “Falcon Heavy” daşıyıcı raketini kosmosa buraxmağı planlaşdırır. Göyərtəsində məxfi hərbi peyklər olan güclü daşıyıcı raketin buraxılışı Floridadakı Kennedi Kosmik Mərkəzindən həyata keçiriləcək. Peyklərdən biri – “Continuous Broadcast Augmenting SATCOM 2” adlı hərbi rabitə peyki Yerdən təxminən 35,700 km hündürlükdəki geostasionar orbitə buraxılacaq. Qeyd edək ki, […]

Dünya

İran mediasında yenidən Azərbaycana qarşı cəfəngiyat səsləndirilir – FOTO

İranın “Mehr” xəbər ajansında yenidən Azərbaycana qarşı cəfəngiyat səsləndirilib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. İran-Azərbaycan münasibətləri haqda özünü Qafqaz üzrə “ekspert” kimi təqdim edən Şueyb Bəhmən adlı şəxs bunları deyib: “İran Azərbaycanda NATO, Böyük Britaniya və “sionist” rejimin “varlığı”nı diqqətlə izləməli, lazım gəldikdə hərəkət etməlidir. Azərbaycanı İrana qarşı qaldıran Türkiyə, ABŞ, Böyük […]

İdman

“El-Klasiko”da qalib gələn “Barselona” Superkuboku qazandı – VİDEO

İspaniya Superkubokunun qalibi “Barselona” olub. Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinin Kral Fəhd adına beynəlxalq stadionunda baş tutan görüşdə kataloniyalılar “Real”la qarşılaşıblar. “El-Klasiko”da hesabı “Barselona” açıb. 33-cü dəqiqədı Qavi fərqlənib. 45-ci dəqiqədə Levandovski fərqi iki topa çatdırıb. Pedrinin 69-cu dəqiqədə vurduğu qol isə “kataloniyalılar”ın qələbəsinə şübhə yeri qoymayıb – 3:0. “Real”ın gücü təsəlli […]

Dünya

Almaniya parlamentində deputatların sayı azaldılacaq

Almaniyada hökumət koalisiyası seçki qanunu islahatı ilə bağlı razılığa gəlib. Yeniliyə əsasən Bundestaqdakı yerlərin sayı 598 deputata qədər azaldılmalıdır. Hazırda parlamendə 736 deputat var. SPD, Yaşıllar və FDP fraksiyaları yaxın vaxtlarda müvafiq qanun layihəsi təqdim etməyi planlaşdırır. Qeyd olunur ki, son iyirmi il ərzində Bundestaq əhəmiyyətli dərəcədə böyüyüb. Yeni qanun Bundestaqın əvvəlki tərkibinə qaytarılmasını təklif […]

Cəmiyyət

Abşeronda binanın transformatoru yandı, sakinlər təxliyyə edildilər – FOTO

Xırdalan şəhərində çoxmərtəbəli binanın zirzəmisində transformator yanıb. APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektindəki yeni tikilidə baş verib. Yaşayış kompleksini elektrik enerjisi ilə təmin edən transformartor əvvəlcə tüstüləyib. Daha sonra cərayan mənbəyi alovlanmağa başlayıb. Alovun ətrafa keçməsinin qarşısını alınmaq üçün dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Binaya elektrik enerjisinin verilişi dayandırılıb. […]