Dünya

İsveçin baş naziri: “Stokholm Ankara ilə uğurlu danışıqlar aparır”

Sharing is caring!

İsveçin baş naziri Ulf Kristersson bazar ertəsi bildirib ki, Stokholm Şimali Atlantika Alyansına qoşulmaq üzrə Madrid Memorandumuna sadiq qalmağa davam edir və bu məsələdə Ankara ilə uğurla danışıqlar aparır.

Baş nazirin sözlərinə görə, İsveç və Finlandiya Madriddə Türkiyə ilə imzalanmış razılaşmalara əsasən üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirirlər.

Qeyd edək ki, mayın 18-də İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət edib, lakin Türkiyə bu ölkələrin kürd təşkilatlarını terror təşkilatı elan etmələrini, Skandinaviya ölkələrində gizlənən terrorizmdə və ya 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin ekstradisiyasını və terrorçuların təchizatını dayandırmağı tələb edib.

İyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Ankara, Stokholm və Helsinki arasında memorandum imzalanıb. İsveç terror fəaliyyətində iştirak edən 70-dən çox şəxsi ekstradisiya edəcəyinə söz verib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir