Dünya

Ekspert: “İranda insanların alıcılıq qabiliyyəti 30% azalacaq” – FOTO

“İranda insanların alıcılıq qabiliyyəti 30% azalacaq”. “Azad İran” “Telegram” kanalının məlumatına görə, bunu iqtisadiyyat üzrə iranlı ekspert Hadi Haqşenas deyib. Onun sözlərinə görə, alıcılıq qabiliyyəti baxımından İran təqvimi ilə növbəti il (martın 22-dən başlayır) dövlət qulluqçularının gəlirləri bu illə müqayisədə ən azı 20-30% aşağı olacaq: “Ona görə də parlament işçilər və pensiyaçıların minimum gəlirlərini dəyişməsə, […]

Dünya

Ərdoğan: “Ey yunan, sən sakit durduqca səninlə işimiz yoxdur” – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlanın Fethiye rayonunda xalqa müraciət edib. O, ölkənin müdafiə sənayesinin nailiyyətlərindən danışıb və bundan narahat olanları xəbərdar edib. Dövlət başçısı “Kızılelma” pilotsuz təyyarəsinin tezliklə kütləvi istehsalına başlanılacağını və onun F-16 qırıcılarının daşıdığı raketlərlə təchiz ediləcəyini bildirib. “İndi bu yunanlar nə deyir? Görəsən bu çılğın türklər nə edir? İzmirdə sınaqlar keçirildi […]

Dünya

İsveçli professor NATO məsələsinə görə türk tələbənin təcrübə ərizəsini rədd etdi

İstanbulun İbn Haldun Universitetinin Psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Fatma Zəhra Erasmus+ qrant proqramı çərçivəsində 2023-cü ilin yayında Avropa Birliyinin ali məktəblərindən birində təcrübə keçmək hüququ qazanıb. 23 noyabr 2022-ci ildə tələbə müvafiq ünvana elektron məktub göndərərək Stokholm Universitetində professor Per Karlbrinqin rəhbərlik etdiyi tədqiqat layihəsində iştirak etmək istədiyini bildirib. Karlbrinq isə təcrübə ərizəsinə “Hörmətli […]

Dünya

Bitkoin ilin əvvəlindən 26% bahalaşıb

Bitkoinin dəyəri son iki ayda ilk dəfə 20 min dolları ötüb. Yanvarın 14-ü şənbə günü ən məşhur kriptovalyuta 4,6% bahalaşaraq 20 853 dollara ticarət olunub. Eyni zamanda, Bitkoin yanvarın 1-dəki illik minimum olan 16 496 dollardan bugünədək 26,4% bahalaşıb. Bununla yanaşı, ilin əvvəlindən Etherium, Cardano və Dogecoin kimi digər rəqəmsal pullar da 9,7% dəyər qazanıb. […]

Cəmiyyət

Gənc nəslin kitab problemi – Niyə oxumuruq?

Artıq elə mərhələyə gəlib çatmışıq ki, süfrədə olanları yeyib qurtarmaq mümkün deyil. Ya həddindən artıq nəfis, ləzzətli nə isə gəlməlidir, ya da “əla”dan aşağı olan heç nə ortaya qoyulmamalıdır. Bunun üçün də ədəbiyyatdan çox, keyfiyyətli ədəbi tənqid lazımdır. O da əlhəmdülillah…  XXI əsrdir. Dünya qloballaşıb, həyat sürətlə axıb gedir. Demək olar ki, müasir insan işdən […]

Dünya

Ukraynada yaşayış binası raket zərbəsinə tuş gəldi: Ölən və yaralananlar var – YENİLƏNİB

Dneprdə yaşayış binasına raket zərbəsi nəticəsində azı beş nəfər həlak olub. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko “Telegram” kanalında yazıb. Onun sözlərinə görə, hazırda ən azı 27 mülki şəxsin xəsarət aldığı məlumdur. Onların arasında altı uşaq da var. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Xilasetmə əməliyyatı davam edir. 20:56 Yanvarın 14-də günortadan sonra Dneprdə Rusiya […]

Siyasət

Britaniya səfiri: “Azərbaycana gələndə söz vermişdim ki, hər bölgəyə səfər edəcəm” – FOTO

“Keçən il Azərbaycana gələndə söz vermişdim ki, 2023-cü ilin sonuna qədər hər bölgəyə səfər edəcəyəm”. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “Twitter”dəki səhifəsində yazıb. “Bu ilə yaxşı başlanğıc! Qusar”, – səfir bölgəyə səfəri ilə bağlı paylaşım edib. Keçən il Azərbaycana gələndə söz vermişdim ki, 2023-cü ilin sonuna qədər hər bölgəyə səfər edəcəyəm. Bu ilə […]

Dünya

Moldova ərazisinə raket qalıqları düşdü – FOTO

Yanvarın 14-də Moldova Sərhəd Polisinin patrulu Briceni rayonunda (Larqa kəndi yaxınlığında) raket parçaları aşkar edib. Məlumata görə, Moldova Respublikası ərazisinə artıq üçüncü dəfədir ki raket qalıqları düşür. Səlahiyyətli qurumlar tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir. Raketin parçaları tapılan kimi dərhal 112 Xidmətinə, eləcə də Bombtex briqadalarına və Briçeni rayon prokurorluğuna da məlumat verilib. Hazırda raket qalıqlarının […]

Cəmiyyət

Naxçıvanda üç tələbə qız dəm qazından zəhərləndi

Naxçıvanda üç tələbə qız dəm qazından zəhərlənib. APA-nın məlumatına görə, Şərur və Culfa rayon sakinləri Aytac Əliyeva, Nərmin Əliyeva və Muasimə Abbasova Naxçıvan şəhərində kirayə qaldıqları evdə zəhərləniblər. İlkin məlumata görə, zəhərlənməyə səbəb hamamda dəm qazının sızması olub. Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri sabitdir. Faktla bağla araşdırma aparılır. Xeberal.az