Siyasət

Makron Britaniyanın İrana qarşı sanksiyasına dəstək verdi – FOTO

Fransa Prezidenti Emmanuel Makron İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbərinin edam edilməsinə qarşı Böyük Britaniyanın tətbiq etdiyi sanksiyaya dəstək verib. “Azad İran” “Telegram” kanalı xəbər verir ki, E. Makron bu barədə “Tvitter” hesabında yazıb: “Əlirza Əkbərinin edam edilməsi insanlığa sığmayan və qəddar addımdır. Onun adı İranda repressiya və edam qurbanlarının uzun siyahısına əlavə edilib. […]

Cəmiyyət

Şəmkirdə avtomobil aşıb, iki nəfər xəsarət alıb

Şəmkir rayonunun Sabirkənd kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində, 1992-ci il təvəllüdlü Nizami Qəribzadə və 1995-ci il təvəllüdlü Lamiyə Qəribzadə xəsarət alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

ABŞ maliyyə naziri: “Fövqəladə tədbirlər görülməsə, ölkəni defolt gözləyir”

ABŞ defoltdan qaçmaq üçün gələn həftə “fövqəladə tədbirlərə” əl atmaq məcburiyyətində qalacaq. Bunu ABŞ-nin maliyyə naziri Canet Yellen yanvarın 14-də Konqres liderlərinə məktubunda bildirib. O, Nümayəndələr Palatasının və Senatın aparıcı üzvlərinə xatırladıb ki, Birləşmiş Ştatlar gələn həftə cümə axşamı günü 31,4 trilyon dollarlıq borc limitinə çatacaq. Buna görə də ya defolt elan etməli, ya da […]

Cəmiyyət

Gəncədə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

Gəncə şəhərində beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un məlumatına görə, şəhər ərazisində iki VAZ markalı avtomobil toqquşub. Qəza nəticəsində 1996-cı il təvəllüdlü Ruslan Məmmədov, 1996-cı il təvəllüdlü Kamran Qasımov, 1998-ci il təvəllüdlü Turac İmaməliyev, 1998-ci il təvəllüdlü Ruslan Həsənzadə və 1999-cu il təvəllüdlü İlqar Pənahov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı […]

Dünya

İranın Səbzvar şəhərində qaz kəsildi, uzun növbələr yarandı – VİDEO

İranınn Səbzvar şəhərində qazın verilişi kəsilib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Bildirilir ki, Səbzvar şəhərində qazın kəsilməsi əhalisini maye qaz balonları almaq üçün uzun növbələrdə dayanmağa məcbur edib. Qeyd edək ki, İran dünyada ikinci ən böyük qaz ehtiyatına malik ölkədir. Amma, hazırkı rejimin məmurlarının səriştəsizliyi və korrupsiyaya qurşanması ucbatından əhalisi qaz balonuna […]

Dünya

İraq İran və Türkiyə ilə sərhədə 6 mindən çox hərbçi yerləşdirib

İraq bu yaxınlarda İran və Türkiyə ilə sərhədə Daxili İşlər Nazirliyi qüvvələrinin 6 mindən çox hərbçisini yerləşdirib. Bu barədə şənbə günü İraq Daxili İşlər Nazirliyinin rəhbəri Əbdül Əmir əl-Şəmmari məlumat verib. “Biz İraq Kürdüstanında İran və Türkiyə ilə sərhədə 6 mindən çox hərbçi yerləşdirmişik. İraqın sərhədləri “qırmızı xəttdir” və bizi onun təhlükəsizliyini təmin etmək üçün […]

Dünya

“Ferrari” müştərilərə avtomobillərinin oyuncaq surətlərini təklif edib

“Ferrari” avtomobil istehsalçısı “Amalgam Collection” ilə əməkdaşlıq edərək, İtaliya superkarlarının alıcılarına avtomobil alarkən seçdikləri modelin 1:8 və ya 1:12 miqyaslı surətini sifariş etmək imkanı təklif edir. Müştəri avtomobilin oyuncaq nüsxəsini sifariş edərsə, “Ferrari” oyuncağın istehsalçısına orijinal modelin dəqiq texniki və dizayn xüsusiyyətlərini göndərir. “Amalgam Collection” sifarişlə hazırlanmış oyuncaqların dəyərini açıqlamayıb, lakin kiçik “Ferrari”lərin 4500 -16 […]

İdman

“Roma” və “Napoli” azarkeşlərinin səfər matçlarında iştirakı qadağan olunacaq

İtaliyanın daxili işlər naziri Matteo Piantedosi “Roma” və “Napoli” futbol klublarının azarkeşlərinin səfərdə liqa oyunlarına gəlməsini iki aylıq qadağan edəcəyini açıqlayıb. “Bu gün mən “Roma” və “Napoli” azarkeşlərinə növbəti iki ay ərzində səfər oyunlarında iştirakı qadağan edən əmri imzalayacağam”, – deyə nazir bildirib. Bu qərara bir həftə əvvəl hər iki klubun fanat qruplarının İtaliyanın mərkəzi […]

İdman

“Çelsi” Mudrikin transferi üçün “Şaxtyor”la razılaşıb

“Çelsi” və “Şaxtyor” Mixaylo Mudrikin transferi ilə bağlı razılığa gəlib. Məlumata görə, klublar 70 milyon avroya razılaşıb, daha 40 milyon avro isə bonus kimi ödəniləcək. Bundan əlavə, 22 yaşlı vingerlə 7+ illik müqavilə də razılaşdırılıb. Daha əvvəl bildirilmişdi ki, “Arsenal”ın Mudrik üçün təklifi bonuslar daxil olmaqla 90-95 milyon avro civarındadır. Qeyd edək ki, Mudrik bu mövsüm […]

Dünya

Ərdoğanın sözçüsü Ukrayna münaqişəsinin nə zaman bitəcəyini açıqladı

Rusiya ilə Qərb bloku arasında “böyük razılaşma” əldə olunarsa, Ukraynadakı münaqişəyə son qoyulacaq. Bu fikri şənbə günü Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın xarici jurnalistlərlə görüşdə bildirib. “Burada əsas məsələ Rusiyanın Qərblə, ilk növbədə ABŞ-la yeni saziş bağlamaq istədiyi daha geniş geosiyasi mənzərədir. Rusiya ilə Qərb bloku arasında daha böyük geosiyasi məsələləri həll etmək üçün […]