Cəmiyyət

Kiçik mühərrikli avtomobillər sığorta olunmur? – VİDEO

Son dövrlərdə ölkəmizdə mühərrikinin həcmi kiçik olan minik avtomobillərinin sahiblərinin icbari sığorta şəhadətnaməsi əldə etməsində ciddi problemlər müşahidə olunur. Demək olar ki, bütün sığorta şirkətləri və sığorta agentlikləri belə avtomobillərin sahiblərinə sığorta şəhadətnaməsi verməkdən imtina edirlər. Səbəb isə bu avtomobillərin taksi kimi istifadə edilməsi və bu səbəbdən də daha çox qəza riskilə üzləşməsidir. Baku TV-nin […]

Cəmiyyət

Cəfər Cabbarlının Xızıdakı ev-muzeyinin dam örtüyü bərpa olunur

Xəbər verildiyi kimi, yanvarın 13-də günün ikinci yarısında əsən güclü külək ölkənin bir sıra bölgələrində fəsadlar törədib, o cümlədən elektrik xətlərinə, binaların dam örtüyünə zərər vurub. Oxu.Az-ın xəbərinə görə, güclü külək Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Xızı rayonunda Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyünün bir hissəsini uçurub. Bundan əlavə, muzeyin binasını elektrik enerjisi ilə […]

Cəmiyyət

Şərurda zavoddan oğurluq olub, saxlanılanlar var – FOTO

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat tədbiri zamanı Şərur rayon Radio Zavodunun dəzgahlar və elektrik tənzimləyici qurğuların içərisində olan mis metalından ibarət olan hissələrin sökülərək oğurlandığı aşkarlanıb. “Report”un məlumatına görə, həyata keçirilmiş əməliyyat-axtarışı tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şərur şəhər sakinləri – Əbilov […]

Cəmiyyət

Salyanda minik avtomobili aşıb, dörd nəfər xəsarət alıb

Salyanın Aşağı Kürkənd kəndində “Hyundai” markalı avtomobil anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb. “Report”un məlumatına görə, qəza nəticəsində Salyan şəhər sakinləri – 2005-ci il təvəllüdlü Kərəmov Qədim Faiq oğlu, 2007-ci il təvəllüdlü Məlikzadə Hüseyn İbad oğlu və qardaşı, 2003-cü il təvəllüdlü Məlikov Əliağa İbad oğlu və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar […]

Dünya

İsrail səfiri: “Qarabağ uğrunda döyüşdə azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə dayanmışdıq” – VİDEO

İsrailin Azərbaycandakı səfiri Corc Dik “Caliber” layihəsinin qonağı olub. O, diplomatik nümayəndəliyin binasında layihə analitikinin suallarını cavablandırıb. Müsahibənin videoyazısı “Caliber”in “YouTube” kanalında yayımlanıb. Videomaterialda İsrail – Azərbaycan münasibətlərinin əsas aspektlərinə toxunulub. Diplomat iki ölkə arasındakı əməkdaşlığı strateji olaraq səciyyələndirib və ikinci Qarabağ müharibəsi zamanı ölkəsinin qardaş Azərbaycan xalqıyla ciyin-çiyinə mübarizə apardığını vurğulayıb. Daha ətraflı “Caliber”in […]

Cəmiyyət

Nazirlik işlənmiş batareyaların təhvil məntəqələrinin siyahısını açıqladı – FOTO

İşlənmiş batareyaların təhvil məntəqələrinin sayı artırılır. Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində məlumat verilir. Bildirilir ki, “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində toplama məntəqələrinin sayı artırılaraq PMD şirkətlər qrupuna daxil olan biznes və ticarət mərkəzində (Çinar Plaza, Dalğa Plaza, Bayıl Plaza, BEGOC Biznes Mərkəzi, Şərq Bazarı, Zefir […]

Dünya

Lukaşenko: “Belarus siyasətdə də, həyat tərzində də müstəqil olacaq”

Belarusiya siyasət və həyat tərzi məsələlərində həmişə müstəqilliyə sadiq qalacaq. Bunu yanvarın 14-də respublika prezidenti Aleksandr Lukaşenko bayram şərəfinə verilən ziyafətdə bildirib. “Belarus xalqına kənardan nə tətbiq olunsa da, biz siyasi qərarların qəbulunda və həyat tərzində həmişə müstəqil olacağıq. Məqsədlərimizi heç nə dəyişməyəcək. Biz müşahidəni seçmişik”, – deyə Lukaşenko bəyan edib. Xeberal.az

Siyasət

Ruben Vardanyan Qarabağdan qovulur – İDDİA

Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan edən milyarder Ruben Vardanyan “tutduğu vəzifədən” azad ediləcək. Bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, Vardanyanın Qarabağdan qovulmasının səbəbləri hələ ki məlum deyil. İddialara görə, belə bir qərara səbəb onun son qalmaqallı açıqlamaları ola bilər. Xeberal.az

Cəmiyyət

Evdə stomatoloqluq etmək fikrinə düşməyin – Həkim məsləhətləri

Həkim bildirir ki, yeni çıxan cihazlarla evdə həkimlik etmək dişlərimizi zədələməyimizə səbəb ola bilər. Çünki o alətlərlə necə düzgün işləmək lazım olduğunu stomatoloq daha yaxşı bilir.  Elm və texnologiya sürətli inkişafdadır. Hər gün yeni-yeni alətlər ixtira olunur. İnkişaf o dərəcədədir ki, insanlar evdə özləri özlərinə həkimlik də edə bilirlər. Məsələn, artıq stomatoloq yanına getmədən özləri […]