Cəmiyyət

Milli parklar və qoruqlarda heyvan və quşlara yem paylanıldı – FOTO/VİDEO

Ölkə ərazisində hava şəraitinin dəyişməsi, havaların soyuması və qar yağması ilə əlaqədar olaraq xüsusi mühafizə olunan təbiət ərazilərində otyeyən heyvan və quşların yemə olan tələbatının ödənilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın milli parklarında və dövlət təbiət qoruqlarında heyvan […]

Cəmiyyət

AMEA-da yeni kadr təyinatı olub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni kadr təyinatı olub. Bu barədə AMEA prezidenti, akademik İsa Həbibbəyli sərəncam imzalayıb. Sərəncama əsasən, biologiya üzrə fəlsəfə doktoru Tubuxanım Elman qızı Qasımzadə AMEA Rəyasət Heyəti aparatının Vitse-prezidentlərin xidmətinin elmi katibi vəzifəsinə təyin edilib. O, bu təyinata qədər AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri işləyib. Xeberal.az

Araşdırma

“Draft Construction” MMC ilə bağlı Prezidentə MÜRACİƏT – NARAZILIQ VAR!

Mən Hüseynov Təbriz Ağahüseyn oğlu 2018-ci ilin avqust-sentyabr aylarında “Draft Construction” MMC-nin sahibi Axundov Eldəniz Ağaəli oğlu ilə tanış olmuşam. Onunla tanışlıqdan qısa vaxt sonra Eldəniz Axundov mənə ortaq tikinti biznesi ilə məşğul olmağı təklif edib. Bundan az sonra mənim təsisçisi olduğum “Kotanlı BTK” MMC şirkəti ilə “Draft Construction” MMC tərəfindən birgə Nəsimi tayonu ərazisində […]

Cəmiyyət

Bakıda tikinti materialları mağazasında yanğın baş verdi: Xəsarət alanlar var

Bu gün paytaxtın Nərimanov rayonu, Ziya Bünyatov prospekti, FAB mağazası yaxınlığında yerləşən tikinti materiallarının satışı mağazasında yanğınla müşahidə olunan hadisə baş verib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov hadisə haqqında bildirib ki, yanğın nəticəsində obyektdə 2 nəfər xəsarət alıb və tibbi müayinədən keçirilməsi üçün […]

Şou-Biznes

Aygün Kazımova pişiyi asanlara OD PÜSKÜRDÜ: “Bu, canilikdir” – FOTO

Xalq artisti Aygün Kazımova paylaşımı ilə diqqət çəkib.  Lent.az xəbər verir ki, o, "Instagram" hesabında bir neçə gündür sosial şəbəkələrdə yayılan, naməlum şəxs(lər) tərəfindən asılan pişiyin görüntülərinə reaksiya verib. Müğənni paylaşımında bu əməli törədənləri tənqid edib və onların cəzalandırılmasını tələb edib: "Bu fotonu izləyicilərim instaqramda mənə göndərib. Görəndə nə deyəcəyimi bilmədim. Baxmağa belə insanın ürəyi […]

Cəmiyyət

Şuşa, Kəlbəcər və Laçında müşahidə ediləcək hava şəraiti AÇIQLANDI

Qarşıdakı 3 gündə Şuşa, Kəlbəcər və Laçında müşahidə ediləcək hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, yanvarın 10-da zəif yağan qarın axşama doğru intensivləşəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi 3-8 m/s əsəcək. Havanın temperaturu gecə 15-18° şaxta, gündüz 8-13° şaxta olacaq. Yanvarın 11-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Şərq […]

Cəmiyyət

Biləsuvar sakini qırma xəsarətlərindən öldü

Biləsuvar sakini qırma xəsarətlərindən ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Yanvarın 9-da saat 17 radələrində Biləsuvar rayonunda 1967-ci il təvəllüdlü Zakir Tağıyevin başından aldığı qırma xəsarətlərindən ölməsi ilə barədə polisə məlumat daxil olub.  Bildirilib ki, ölüm faktlı ilə bağlı araşdırma aparılır. Xeberal.az

Şou-Biznes

Şakiradan Pikenin yeni sevgilisinə REAKSİYA

Məşhur müğənni Şakira səs-küylü ayrılığından sonra ilk dəfə Jerar Pikenin yeni sevgilisi ilə münasibəti barədə danışıb.  Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, müğənni depressiyadadır.  Müğənni deyib ki, Pikenin sevgilisinin vaxtı ilə onların birgə yaşadıqları evə gəlməsi onu əsəbiləşdirib.  Xatırladaq ki, Pike razılaşmaya görə uşaqlarını Şakiranın öhdəsinə verib. Əvəzində isə futbolçu karyerasına ara verərək, bir il […]

Cəmiyyət

Samuxda axtarışda olan şəxs narkotiklə tutuldu

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Teymur Məmmədov və Rəşad Hümbətov saxlanılaraq polis şöbəsinə gətirilib.  Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Şöbədə onların üzərlərinə baxış keçirilən zaman narkotik maddə olan metamfetamin aşkar olunub.  Bildirilib ki, saxlanılan şəxslərdən Teymur Məmmədov Cinayət Məcəlləsinin 234-cü […]

Cəmiyyət

Lənkəranda maşın körpüdən çaya aşdı, ölənlər var

Lənkəranda avtomobil körpüdən aşıb, iki nəfər ölüb. “Report” xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunda, Əşlə kəndindən keçən hissəsində baş verib. İlkin məlumata görə, avtomobil idarəetməni itirərək yoldan çıxıb və körpüdən çaya yuvarlanıb. Nəticədə iki nəfər hadisə yerində ölüb. Ölən şəxslərin kənd sakinləri olduğu bildirilib. Hadisəyə səbəb kimi qarlı hava şəraitində yolun sürüşkən olması və sürətin […]