Cəmiyyət

Bakıda tikinti materialları mağazasında yanğın baş verdi: Xəsarət alanlar var

Sharing is caring!

Bu gün paytaxtın Nərimanov rayonu, Ziya Bünyatov prospekti, FAB mağazası yaxınlığında yerləşən tikinti materiallarının satışı mağazasında yanğınla müşahidə olunan hadisə baş verib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov hadisə haqqında bildirib ki, yanğın nəticəsində obyektdə 2 nəfər xəsarət alıb və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya yerləşdiriliblər.

Hal-hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar yerində araşdırılma aparılır.

Obyektin qaz təsərrüfatı və yaxınlığında keçən kommunikasiya xətlərində təsbit işləri görülür.

Həmçinin Departament rəisi qeyd edib ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər görülməkdədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir