Cəmiyyət

Samuxda axtarışda olan şəxs narkotiklə tutuldu

Sharing is caring!

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Teymur Məmmədov və Rəşad Hümbətov saxlanılaraq polis şöbəsinə gətirilib. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Şöbədə onların üzərlərinə baxış keçirilən zaman narkotik maddə olan metamfetamin aşkar olunub. 

Bildirilib ki, saxlanılan şəxslərdən Teymur Məmmədov Cinayət Məcəlləsinin 234-cü ( Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir