Cəmiyyət

“Sədərək”də obyektləri olan sahibkarlar sığorta şirkətlərindən narazıdırlar – VİDEO

“Sədərək” ticarət mərkəzində baş verən yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib. Sahibkarlar mağazalarını sığortalaya bilmədiklərini qeyd ediblər. “Sədərək” ticarət mərkəzinin sözçüsü Kəmaləddin Qədim məsələ ilə bağlı bildirib ki, sığorta şirkətləri mağazadaki malları deyil, sadəcə mağazanın özünü sığortalayır. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: Xeberal.az

Siyasət

“Caliber”: Darda qoymarıq, həm yedirər, həm də kömək edərik – VİDEO

Bir neçə gün öncə Azərbaycan postlarından birinə yaxınlaşan erməni hərbçilərimizdən yardım istəyib. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni buraxılışında Samit Əliyev məlumat verib. “Yaşlı kişi Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında yerləşən yaşayış məntəqəsindən gəlib. O, ac və xəstə olub. Bizimkilər isə tamamilə doğru olaraq ona nə ilə mümkünsə kömək ediblər. Çörək, hətta siqaret də […]

Cəmiyyət

Bakıda üçəm doğulub

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda üçəm doğulub. İnstitutdan verilən məlumata görə, spontan baş vermiş üçəm hamiləlik ilə müraciət edən qadına hamiləliyin 34-cü həftəsində qeysəriyyə kəsiyi icra olunub. Əməliyyatdan öncə respirator distres sindromunun profilaktikası məqsədilə görülən tədbirlər öz nəticəsini verib, vaxtından əvvəl dünyaya gəlmələrinə baxmayaraq, üçəmlərə heç bir reanimasion tədbirin icra olunmasına ehtiyac olmayıb. İki qız, […]

Siyasət

Siyəzəndə iki polis zabiti kirayə qaldıqları evdə öldü – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. “Hakim ədalətsizliyi bizi bir neçə medaldan məhrub edib”. Prezident İlham Əliyev idmançılarımızın üzləşdiyi haqsızlıqlardan danışdı. Bakı Ağır Cinayətlər məhkəməsində keçiriləcək proseslər təxirə salındı. Səbəbi Baku TV-də Siyəzəndə iki polis zabiti kirayə qaldıqları evdə öldü. Daxili İşlər Nazirliyi araşdırma başlatdı. Bakı qışa niyə hazır ola bilmir? Yağan qar bəzi qurumların fəaliyyətsiziliyini […]

Cəmiyyət

Bakıda piyadanı avtomobil vuraraq öldürdü

Bakıda piyadanı avtomobil vuraraq öldürüb. DİN-in Mətbuat xidmətindən bildirilib ki, yanvarın 9-da saat 18:45 radələrində Nəsimi rayonu Rəşid Behbudov küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, sürücü Sabina Hacıyeva idarə etdiyi “Hunday” markalı avtomobillə 50-60 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

BDU-nun müharibə veteranı olan əməkdaşı vəfat etdi – FOTO

Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin aparıcı mühəndisi Rəşid Əliyev vəfat edib. Bu barədə Bakı Dövlət Universiteti (BDU) məlumat yayıb. Bildirilib ki, R.Əliyev 69 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. Qeyd edək ki, 1980-сi illərdən BDU-da işləyən Rəşid Əliyev I Qarabağ müharibəsi veteranı idi. Xeberal.az

İdman

Qaret Beyl karyerasını başa vurduğunu açıqladı – FOTO

Uels millisinin hücumçusu Qaret Beyl futbolu tərk etdiyini açıqlayıb. O, bu barədə bazar ertəsi “Insagram” səhifəsində yazıb. “Diqqətlə düşündükdən sonra, klub futbolunda və beynəlxalq səviyyədə təqaüdə çıxdığımı elan edirəm. Ən sevdiyim idman növü ilə məşğul olmaq arzusuna çatdığım üçün inanılmaz dərəcədə şanslıyam”, – Beyl yazıb. Qeyd edək ki, Qaret Beyl karyerası ərzində İngiltərənin “Sauthempton” və […]

Dünya

Ermənistanda yeni daxili işlər naziri təyin edilib

Ermənistan prezidenti Vaaqn Xaçaturyan bazar ertəsi polis rəisi Vahe Qazaryanın yeni daxili işlər naziri təyin edilməsi haqqında fərman imzalayıb. Bu barədə prezidentin mətbuat xidmətinin məlumatında deyilir. “Baş nazirin təklifi əsasında Vahe Qazaryan daxili işlər naziri təyin edilsin”, – Xaçaturyanın sərəncamında deyilir. 2022-ci ilin dekabrında prezident Daxili İşlər Nazirliyinin yaradılması haqqında parlament tərəfindən qəbul edilmiş qanun […]

Cəmiyyət

Naxçıvanda sürücü idiraetməni itirərək qəza törətdi: Xəsarət alanlar var – FOTO

Culfa rayonu ərazisində Ləkətağ-Çeşməbasar yolunda baş verən qəza nəticəsində 2 nəfər xəsarət alıb. “Report” xəbər verir ki, həmin yolun Əlincə kəndi ərazisindən keçən hissəsində 75-BG-038 nömrə nişanlı, “Great Vall” markalı minik avtomobilinin sürücüsü Hafiz Sadiqov avtomobillə hərkətdə olarkən idarəetməni itirərək qəza hadisəsinə səbəb olub. İlkin araşdırmalara görə, hadisəyə sürücünün sərxoş olması səbəb olub. Nəticədə avtomobil yolun […]

İqtisadiyyat

Dünya Bankı “Böyük qayıdış” proqramının həyata keçirilməsində Azərbaycana dəstək verəcək

Dünya Bankı (DB) məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına dəstək vermək üçün Azərbaycan hökuməti ilə uzunmüddətli xarakter daşıyacaq siyasi dialoqa başlamağa hazırlaşır. Dünya Bankından (DB) verilən məlumata görə, Azərbaycan 2021-ci il iyulun 1-dən yüksək intensivlikli beynəlxalq münaqişənin təsirinə məruz qalan ölkə kimi həssas və münaqişələrdən əziyyət çəkən ölkələr siyahısına daxil edilib. “Dünya Bankı Qrupunun […]