Dünya

Ermənistanda yeni daxili işlər naziri təyin edilib

Sharing is caring!

Ermənistan prezidenti Vaaqn Xaçaturyan bazar ertəsi polis rəisi Vahe Qazaryanın yeni daxili işlər naziri təyin edilməsi haqqında fərman imzalayıb.

Bu barədə prezidentin mətbuat xidmətinin məlumatında deyilir.

“Baş nazirin təklifi əsasında Vahe Qazaryan daxili işlər naziri təyin edilsin”, – Xaçaturyanın sərəncamında deyilir.

2022-ci ilin dekabrında prezident Daxili İşlər Nazirliyinin yaradılması haqqında parlament tərəfindən qəbul edilmiş qanun layihəsini imzalayıb. Yeni idarəyə Polis Xidməti, Fövqəladə Hallar Nazirliyi və Miqrasiya Xidməti daxil edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir