Siyasət

Azərbaycan Pakistandakı daşqın fəsadlarının aradan qaldırılmasına yeddi milyon dollar ayırıb – FOTO

Cenevrədə BMT və Pakistanın birgə təşkilatçılığı ilə “İqlimə davamlı Pakistan” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Konfransın əsas məqsədi ötən ilin avqust ayında Pakistanda baş vermiş təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasına və yenidənqurma işlərinin həyata keçirilməsinə dəstək məqsədilə lazımi maliyyə resurslarının cəlb edilməsindən ibarət olub. Tədbirin açılış hissəsində […]

Cəmiyyət

Qarlı havadan zərərçəkən: “Maşın sürüşdü, saxlaya bilmədim” – VİDEO

Bakı-Ələt-Qazax-Gürcüstan magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində yeni inşa edilən körpünün üzərində hərəkət çətinləşib. Sürücülər yolda hərəkətin çətinləşməsi ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxladıqlarını, amma cavab ala bilmədiklərini qeyd ediblər. “Yüksək sürət olmadığı halda maşın sürüşdü, saxlaya bilmədim”, – deyə sürücü bildirib. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Cəmiyyət

Lerikdə 2500 vətəndaş işıqsız qalıb – VİDEO

Qarlı hava şəraiti ilə bağlı Lerikin bir neçə yaşayış məntəqəsi işıqsız qalıb. Ötən axşamdan başlayaraq Lerikə güclü qar yağıb. Qarın hündürlüyü rayon ərazisinə 20 sm, dağlarda 35 sm-dir. Qar əsasən rayonun elektrik təsərrüfatına ziyan vurub. Bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayanıb. Yollarda isə əsasən dağ kəndlərində problem yaşanır. Lerik Rayon İcra Hakimiyyəti aparatının […]

Şou-Biznes

Azərbaycanlı modelyer iki evini də İTİRDİ – FOTO

Azərbaycanlı modelyer Rüfət İsmayıl qorxunc hadisə ilə üzləşib.  Lent.az xəbər verir ki, Türkiyədə bir inşaat şirkəti modelyerin 5 milyon 250 min lirəsini mənimsəyib. Bu haqda Türkiyə mediası məlumat dərc edib. Bildirilir ki, Rüfət 2013-cü ildə şirkətin Esenyurtda inşa etdiyi lüks bir layihə üçün müqavilə bağlayıb. 158 kvadratmetrlik ev üçün modelyer 280 min dollar ödəyib. İstanbulda […]

İdman

Portuqaliya yığmasını Roberto Martinez çalışdıracaq – FOTO

Roberto Martinez Portuqaliyanın yeni baş məşqçisi olub. 49 yaşlı ispaniyalı bu postda Fernando Santuşu əvəzləyib. Martinez 2016-cı ilin avqust ayından Belçika seçmməsi ilə işləyib. Komanda DÇ-2022-nin qrup mərhələsindən kənarlaşdırıldıqdan sonra baş məşqçi Belçika millisindən istefa verib. Santuş da DÇ-2022-dən sonra Portuqaliya millisini tərk edib. Onunla komanda turnirin 1/4 finalına yüksəlib. Mənbə: sports.ru Xeberal.az

Cəmiyyət

Gün ərzində polis əməkdaşlarının çıxdığı çağırışların sayı AÇIQLANDI

Gün ərzində polis əməkdaşları 1 830 çağırışa çıxıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. “Post Patrul, Çevik Polis, Yol Polisi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib. Heç bir çağırışa etinasız yanaşılmayıb. Bütün çağırışlar üzrə nəticələr Daxili İşlər Nazirliyi tərəfindən diqqətdə saxlanılıb”, – […]

İdman

“Qarabağ” braziliyalı yarımmüdafiəçiyə təklif göndərib

“Qarabağ” Belçikanın “Beveren” klubunda çıxış edən braziliyalı futbolçu Lukas Ribeyru Kosta ilə maraqlanır. Məlumata görə, “köhlən atlar” 25 yaşlı yarımmüdafiəçiyə rəsmi təklif göndərib. “Sambaçı”nın xidmətində digər ölkə təmsilçiləri, həmçinin Rusiyanın 2 klubu da maraqlıdır. İddiaya görə, Azərbaycan çempionunun təklifi oyunçunu daha çox cəlb edib. Qeyd edək ki, Lukas Ribeyru Kosta daha əvvəl Fransanın “Valensyen”, Belçikanın […]

Cəmiyyət

Muğanlı-İsmayıllı-Qəbələ yolu və Ağsu dolaylarında son vəziyyət necədir? – AÇIQLAMA + FOTO

Muğanlı-İsmayıllı-Qəbələ yolu və Ağsu dolaylarında havanın temperaturunun kəskin aşağı düşməsi nəticəsində yollarda buzlaşma əmələ gəlib. 9 nömrəli “Yol İstismarı” MMC-nin istehsalat rəisi Fazil Qasımov AZƏRTAC-a bildirib ki, Muğanlı-İsmayıllı-Qəbələ yolunda avtomobillərin hərəkəti üçün gündüz olduğu kimi axşam saatlarında da canlı qüvvə və texnika işləyir. Muğanlı-İsmayıllı, həmçinin Qəbələ istiqamətində yollara texniki duz və qum səpilir, paralel olaraq yolun […]

Bölgə

Qəbələnin icra başçısı Prezidentin siyasətinə zərbə vurur? – Qazi ailəsindən Prezidentə Şikayət olundu – VİDEO

Prezident İlham Əliyevin göstərişi ilə şəhər və rayon icra hakimiyyətlərində yaradılan Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbələrinin fəaliyyəti davam etdirilir. Amma Qəbələ rayonunda bu qurum fəaliyyətsizlikdə ittiham edilir.Xəbəral.az bildirir ki, bu haqda Dünyanınsəsi.Az saytına Qəbələ rayonun Uludaş kəndindən olan Qazimiz İsrafilov Zaur Yaşar oğlu tərəfindən video-şikayət göndərilib. Belə ki, şikayətçi qeyd edir […]

İdman

“Çelsi” Joau Feliksi icarəyə götürür

“Çelsi” Joau Feliksin mövsümün qalan hissəsini Prmeyer Liqada keçirməsinə dair “Atletiko” (Madrid) ilə şifahi razılaşma əldə edib. Futbolçunun icarə əsasında “zadəganlar”a qoşulacağı bildirilir. London klubunun futbolçuya görə ispanlara 10 milyon funt-sterlinq icarə haqqı ödəyəcəyi barədə məlumat yayılıb. Qeyd edək ki, 23 yaşlı Feliksin baş məşqçi Dieqo Simeone ilə fikir ayrılığı yaşadığı deyilir. Mənbə: The Sun Xeberal.az