Dünya

İran prezidenti Türkiyə və Suriyaya səfər etməyi planlaşdırır

İran Prezidenti İbrahim Rəisi Türkiyə və Suriyaya səfər etməyi planlaşdırır. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Çafi məlumat verib. Onun sözlərinə görə, bu səfərlər planlar yekunlaşdıqdan sonra baş tutacaq. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi planlaşdırılan səfərlərin tarixi barədə məlumat verməyib. Rəisinin gözlənilən səyahət proqramı haqqında təfərrüatlar da bəlli deyil. Mənbə: ISNA Xeberal.az

İdman

“Neftçi”nin yeni transferi Təbriz klubu ilə vidalaşdı

“Neftçi”nin yeni transferi Höccət Haqverdi Təbrizin “Traktor” klubu ilə vidalaşıb. Azərbaycan millisinin müdafiəçisi bununla bağlı şəxsi “Instagram” səhifəsində paylaşım edib. “Əziz azarkeşlər, yarım mövsüm sizinlə birlikdə olduq. Şübhəsiz, ayrı qalmaq mənim üçün asan olmayacaq, Azərbaycanın mehriban sakinləri. Amma ümid edirəm ki, daha sonra daha yaxşı şəraitdə dəstəyinizə qarşılıq olaraq, yenidən “Traktor”un formasını geyinə biləcəyəm. Hər birinizə sevgilər, […]

Cəmiyyət

Bakıda quşçuluq sexində yanğın olub

Bakıda quşçuluq sexində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 400 kvadratmetr olan fəaliyyət göstərməyən quşçuluq sexinin içərisində 150 kvadratmetr sahəyə səpələnmiş taxta yonqarı yanıb. “Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd olunub. Xeberal.az

Cəmiyyət

DİN gün ərzində baş vermiş qəzaların görüntülərini yayıb – VİDEO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarlı hava şəraitində yolların buz bağlamasını diqqətdə saxlayaraq, hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Oxu.Az-a açıqlamasında BDYPİ-nin rəsmisi, polis mayoru Rövşən Tağıyev məlumat verib. O, ötən gündən başlayaraq paytaxtda və respublikanın bəzi bölgələrində qeyri-sabit hava şəraiti ilə bağlı bütün hərəkət iştirakçılarına yollarda diqqətli olmalarını tövsiyə edib. “Piyadalar […]

Cəmiyyət

Qurumların yarıtmaz fəaliyyəti: Sakinlər buz bağlayan yollarda təhlükə ilə üz-üzə – VİDEO

Dünən gecədən etibarən yağmağa başlayan qar paytaxtın müxtəlif istiqamətlərində yolların, keçidlərin, pilləkənlərin buz bağlamasına səbəb olub. Bu vəziyyət insanların həyatı üçün təhlükə yaradır. Paytaxt sakinləri aidiyyəti qurumların tədarük görməməsindən şikayətçidilər. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: Xeberal.az

Cəmiyyət

Azərbaycan Ordusunun əsgəri özünü öldürüb

Müdadiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Vüsal Akif oğlunun yanvarın 9-da odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə gedilib, zəruri hərəkətlər icra olunub. Fakt üzrə Gəncə hərbi […]

Şou-Biznes

Məşhur cütlüyün sevgisi buna görə bitdi

Məşhur türk müğənnisi Sinan Akçıl aktrisa Burcu Kiratlı ilə iki dəfə evlənib boşandıqdan sonra, model və aktrisa Aleyna Kalaycıoğlu ilə eşq yaşamağa başlamışdı. Cütlük uzun müddət tez-tez brlikdə kameralar önünə çıxaraq, xoşbəxt sevgi mesajları verib. Lakin bu günlərdə ortaya onların ayrılıq iddiaları atılıb. Aleyna və Sinan Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalistlərin “Yenidən […]

Siyasət

Ərdoğan: “Azərbaycanla əlaqələrimiz ən yüksək səviyyəyə çatıb”

“Azərbaycanla olan əlaqələrimiz Türkiyə tarixində ən üst səviyyəyə çatıb”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Beştəpədəki iqamətgahında hökumətin ilin ilk iclasından sonra keçirilən mətbuat konfransında bildirib. Ərdoğan keçən il Türkiyənin xarici siyasətdə baş verənlərlə əlaqədar məsələlərlə bağlı danışarkən bu fikirləri səsləndirib. O, həmçinin ölkəsinin Rusiya və Ukrayna arasında da uğurla vasitəçilik etdiyini və […]

Cəmiyyət

Bir tərəfdə fəsadlar, bir tərəfdə əylənən sakinlər – Qarlı Bakıdan maraqlı görüntülər – VİDEO

Ötən gecədən yağan qar yollarda ciddi çətinliklərə səbəb olub. Yerüstü nəqliyyat sistemlərinin demək olar ki, böyük bir hissəsində gecikmələrə səbəb olan, yollarda nəqliyyatın hərəkətini iflic edən, yol qəzalarına, bir sıra kommunal problemlərə, fəsadlara yol açan qar, eyni zamanda sakinlərin sevincinə də səbəb olub. Necə deyərlər, xeyir ilə şər qardaşdır. Paytaxt sakinləri qarlı havada əyləndikləri videogörüntüləri […]